Məhkəmə qərarları › İş №3(021)-1494/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1494/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1494/2022 12.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Əyricə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 28 noyabr 2022-ci il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonu Əyricə kənd sakini Şəxs olan xx.xx.2012-ci il tarixli 405 nömrəli şəhadətnamə ilə qeydə alınmış 4825 nömrəli ov tüfənginin saxlanması qaydası yoxlanılarkən Şəxs olan ov tüfənginə aid 405 nömrəli şəhadətnamədə tüfəngin 4825 nömrəli olması göstərilməsinə baxmayaraq, Şəxs olan ov tüfənginin qundaq hissəsində 2751-5 nömrəsi, lülə hissəsində 14860 nömrəsi, "yastıq" hissəsində isə 4825 nömrəsi həkk olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsi İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, Bərdə rayon X5 Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis polkovnik-leytenantı Natiq Həsənov xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, həmin tarixdə Bərdə rayonu Əyricə kəndində yaşayan vətəndaşlarda olan ov silahlarının saxlanılması və istifadəsi qaydalarının yoxlanılması zamanı Bərdə rayonu Əyricə kəndində yaşayan Şəxs adına xx.xx.2012-ci il tarixdə 405 nömrə ilə qeydə alınmış şəhadətnamə üzrə 20 çaplı, İJ markalı 4825 nömrəli, qoşa lüləli ov silahının qeydiyyatı göstərilsə də, təqdim edilən qoşa lülə yivsiz ov silahının lülə hissəsində 14860, qundaq hissəsində 2751 nömrəsinin, “yastıq” hissəsində isə 4825 nömrəsinin qeyd olunması aşkar edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonu Əyricə kənd sakini Şəxs olan xx.xx.2012-ci il tarixli 405 nömrəli şəhadətnamə ilə qeydə alınmış 4825 nömrəli ov tüfənginin saxlanması qaydası yoxlanılarkən Şəxs olan ov tüfənginə aid 405 nömrəli şəhadətnamədə tüfəngin 4825 nömrəli olması göstərilməsinə baxmayaraq, Şəxs olan ov tüfənginin qundaq hissəsində 2751-5 nömrəsi, lülə hissəsində 14860 nömrəsi, "yastıq" hissəsində isə 4825 nömrəsi həkk olunmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək izahat verib bildirdi ki, 2002-ci ildə atası X2 vəfat etdikdən sonra onun adına olan qoşa lülə, 20 çaplı ov tüfəngi 04 sentyabr 2012-ci ildə Bərdə rayon polis şöbəsində onun adına sənədləşdirilərək ona 405 nömrəli şəhadətnamə verilmiş və həmin vaxtdan silah onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən silahın saxlanması və qeydiyyat nömrələri yoxlanılarkən müəyyən olunmuşdur ki, onun istifadəsində olan həmin qoşa lülə, 20 çaplı ov tüfənginin lüləsində 14860 nömrəsi, qundağında 2751-5 nömrəsi, «yastıq»da isə 4825 nömrəsi, həmçinin şəhadətnamədə də 4825 nömrəsi qeyd olunmuşdur. Silahın qundağında, lüləsində və «yastıq» da fərqli nömrələr olduğuna görə polis əməkdşları tərəfindən yoxlanılması üçün həmin silah götürülmüşdür. O, qundağında, lüləsində və «yastıq» hissəsində olan nömrələrin fəqli olmasının səbəbini bilmir. Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 noyabr 2022-ci il tarixdə MN № ******* inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 oktyabr.2022-ci tarixli qərarından görünür ki, Bərdə rayon X5 Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis polkovnik-leytenantı Natiq Həsənov xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, həmin tarixdə Bərdə rayonu Əyricə kəndində yaşayan vətəndaşlarda olan ov silahlarının saxlanılması və istifadəsi qaydalarının yoxlanılması zamanı Bərdə rayonu Əyricə kəndində yaşayan Şəxs adına xx.xx.2012-ci il tarixdə 405 nömrə ilə qeydə alınmış şəhadətnamə üzrə 20 çaplı, İJ markalı 4825 nömrəli, qoşa lüləli ov silahının qeydiyyatı göstərilsə də, təqdim edilən qoşa lülə yivsiz ov silahının lülə hissəsində 14860, qundaq hissəsində 2751 nömrəsinin, “yastıq” hissəsində isə 4825 nömrəsinin qeyd olunması aşkar edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonu Əyricə kənd sakini Şəxs olan xx.xx.2012ci il tarixli 405 nömrəli şəhadətnamə ilə qeydə alınmış 4825 nömrəli ov tüfənginin saxlanması qaydası yoxlanılarkən Şəxs olan ov tüfənginə aid 405 nömrəli şəhadətnamədə tüfəngin 4825 nömrəli olması göstərilməsinə baxmayaraq, Şəxs olan ov tüfənginin qundaq hissəsində 2751-5 nömrəsi, lülə hissəsində 14860 nömrəsi, "yastıq" hissəsində isə 4825 nömrəsi həkk olunmuşdur. Toplanmiş material üzrə cinayət işinin başlanması rədd olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddələri tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib, 2 lüləli, qundaq hissəsində 2751-5, lülə hissəsində 14860, yastıq hissəsində 4825 nömrəsi ilə həkk olunmuş ov silahı müsadirə edilməklə bаrəsində 50 (əlli) manat məbləğində cərimə inzibаti tənbeh növü tətbiq edilsin. Qərаrın icrаsı Bərdə Rayon İcra və Probasiya Şöbəsinə və Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar