Məhkəmə qərarları › İş №3(021)-1495/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1495/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1495/2022 07.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1959-cu il tarixdə Bərdə rayonu Əyricə kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Əyricə kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 16 oktyabr 2022-ci il tarixdə “yivsiz” ov silahının saxlanması qaydalarını pozmuşdur. Məhkəmə iclasında Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonu Əyricə kənd sakini Şəxs olan 19 mart 2009-cu il tarixli 193 nömrəli şəhadətnamə ilə qeydə alınmış ******* nömrəli ov tüfənginin saxlanması qaydası yoxlanılarkən Şəxs olan ov tüfənginə aid 193 nömrəli şəhadətnamədə tüfəngin 1 lüləli, ******* nömrəli olması göstərilməsinə baxmayaraq, Şəxs olan ov tüfəngi 2 lüləlidir, tüfəngin qundaq və lülə hissəsində X825 nömrəsi, “yastıq” hissəsində isə ******* nömrəsi həkk olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, onda olan 19 mart 2009-cu il tarixli 193 nömrəli şəhadətnamədə tüfəngin 1 lüləli, ******* nömrəli olması göstərilməsindən xəbəri olmamışdır. Barəsində aparılan icraat haqqında xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokol tərtib etmiş orqanın nümayəndəsini və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs olan ov tüfənginə aid 193 nömrəli şəhadətnamədə tüfəngin 1 lüləli, ******* nömrəli olması göstərilməsinə baxmayaraq, Şəxs olan ov tüfəngi 2 lüləlidir. Tüfəngin qundaq və lülə hissəsində X825 nömrəsi, “yastıq” hissəsində isə ******* nömrəsi həkk olunmuşdur ki, həmin nömrələr şəhadətnamə ilə verilmiş nömrələrlə eynilik təşkil edir. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərini müəyyən etmir. Bu səbəbdən də Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar