Məhkəmə qərarları › İş №3(021)-1497/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1497/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1497/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə RPŞ-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirаkları ilə, xx.xx.2001-cı il tarixdə Bərdə şəhərində аnаdаn оlmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci mаddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X2 29 noyabr 2022-ci il tarixdə saat Bərdə şəhər Şəhriyar küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe omamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhər Şəhriyar küçəsində Bərdə RPŞ- nin İTB-nin əməkdaşları xidmətdə olarkən bir nəfər şəxsin telefonla danışaraq əsəbi halda ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyi tərəflərindən aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib etdiyi qayda pozuntusunu ona izah edib və barəsində İXMnin 510-cu maddəsi ilə protokol tərtib ediləcəyini bildirib RPŞ-nə dəvət edən zaman həmin şəxs onlara aqressiv şəkildə heç bir yerə getməyəcəyini bildimişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs təkrar ucadan onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi RPŞ-nə gətirmək istəyən zaman o, qanuni tələblərinə tabe olmayaraq əl-qol hərəkətləri edib qaçaraq uzaqlaşmaq istəmiş, onları həmin şəxsi tutaraq Polis şöbəsinə gətirilməsini təmin etmişdirlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində potokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirdi və məhkəmədən bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ- nin İTB-nin sahə polis nəfəri X5 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhər Şəhriyyar küçəsində Bərdə RPŞnin İTB-nin sahə polis nəfəri, polis serjantı Ruslan Əmrahov ilə xidmətdə olarkən bir nəfər şəxsin telefonla danışaraq əsəbi halda ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyi tərəfindən aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib etdiyi qayda pozuntusunu ona izah edib və barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib ediləcəyini bildirirək RPŞ-nə dəvət edən zaman həmin şəxs onlar aqressiv şəkildə heç bir yerə getməyəcəyini bildimişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs təkrar ucadan onların ünvanına nalayiq ifadələr işlətdmişdir. Onlar həmin şəxsi RPŞ-nə gətirmək istəyən zaman o, qanuni tələblərinə tabe olmayaraq əl-qol hərəkətləri edib qaçaraq uzaqlaşmaq istəmiş, onları həmin şəxsi tutaraq Polis şöbəsinə gətirilməsini təmin etmişdirlər. RPŞ-də müəyyən ki, həmin şəxs ünvan 2 ünvanında yaşayan Şəxsdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ- nin İTB-nin sahə polis nəfəri X8 şahid Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri X5 ilə eyni məzmunlu izahat verərərk onun dediklərini təsdiqlədi. İşdə olan 1588437-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 noyabr 2022-ci il tarixdə saat Bərdə şəhər Şəhriyar küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe omamışdır. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis əməkdaşının izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 29 noyabr 2022-ci il tаrixdən, saat 12:00–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək bаrəsində 10 (on) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 29 noyabr 2022-ci il tаrixdən, saat 12:00–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar