Məhkəmə qərarları › İş №3(021)-1498/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1498/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1498/2022 22.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X3 və şikayətçi X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X8 EQ 12103938 saylı, 10 noyabr 2022-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X11 tərəfindən EQ 12103938 saylı, 10 noyabr 2022-ci il tarixli qərar ilə X5 barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X5 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 AZN cərimə 3 bal edilməsi ilə əlaqədar onun barəsində qəbul edilmiş EQ 12103938 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat təqribən 22:30 radələrində ona sms vasitəsi ilə cərimə bildirişi göndərilmişdir. Həmin məlumat hazırda da telefonundadır. O, guya xx.xx.2022-ci il tarixində Bərdə şəhəri Bakı küçəsi deyilən yerdə saat 21:58-də AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini yəni svetoforun və ya nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi tələbini pozaraq on 60 manat cərimə və 3 bal təyin edilmişdir. O, bu barədə Bərdə şəhəri Yol Patrul Xidmətinə gedərək video görüntü tələb etmişdir. Onun bölməyə dəfələrlə getməyinə baxmayaraq ona heç bir video görüntü göstərilməmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində Bərdə şəhərini tərk edərək Yevlax şəhərinə getmişdir. Təxminən 18:40-da onun avtomobili Yevlax şəhərində qarajda olmuşdur. Necə ola bilər ki, xx.xx.2022-ci il tarixdə saat 21:58-də mənə cərimə təyin edilsin. O, bu barədə 102 xidmətinə dəfələrlə şikayət etmişdir. Cənab general mayor Ramiz Zeynalova şikayət məktubu göndərmişdir. Bərdə şəhəri Yol Patrul Xidmətinə 4-5 dəfə gedib gəlmişdir. Ancaq heç bir nəticə olmamışdır. O, cərimədən yayınmır. Sadəcə olaraq həmin saatda yəni 21:58-də Bərdə şəhərində olmamağını və video görüntü göstərilməməsini əsas gətirǝrǝk bu protokolun ləğv edilməsini xahiş edir. Cərminəni yazılmasını hesab edir ki, ədalətsizlikdir. Hazırda EQ 12103938 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin olunmasını və EQ 12103938 saylı, 10 noyabr 2022-ci il tarixli qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X1 Emin İlqar oğlunun inzibati xəta pozuntusuna dair foto şəkili məhkəməyə təqdim etdi. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin EQ 12103938 saylı, 10 noyabr 2022-ci il tarixli qərarından görünür ki, X2 əməlində İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə qeyd edir ki, X5 qərarda göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 21:58 radələrində Bərdə rayonunda olmadığını bildirsə də, təqdim olumuş fotoşəkildə pozuntunun saatı 21:58 radələri qeyd olunsa da, bu o demək deyil ki, hadisə məhz həmin saatda törədilmişdir. Belə ki, hamıya bəlli olan hal var ki, elektron informasiya sistemində hadisənin gec ötürülməsi halları baş verir. Bu halı X5 da məhkəmə iclasında təsdiq etdi. O bildirdi ki, həmin gün axşam vaxtı Bərdə şəhərində olub, onun telefonuna isə pozuntu törətməsi barədə məlumat 21:58 radələrində gəlmişdir. X5 isə məhz telefonuna pozuntu törətməsi barədə məlumatın 21:58 radələrində gəlməsini və elektron fotogörüntüdə hadisənin saatının 21:58 radələrində qeyd edilməsini əsas götürərək həmin vaxt Bərdə şəhərində olmadığından inzibati xəta törətmədiyini iddia edir. Məhkəmə isə bu şikayəti əsassız sayır. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X2 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 X8 EQ 12103938 saylı, 10 noyabr 2022-ci il tarixli qərarından X2 verdiyi şikayət təmin edilməsin, EQ 12103938 saylı, 10 noyabr 2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar