Məhkəmə qərarları › İş №3(021)-1499/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1499/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1499/2022 01.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X6 Polis Şöbəsinin polis baş inspektoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Özbəkistan Respiblikası, Səmərqənd vilayəti, Akdarinski rayonunda doğulmuş, ali təhsilli, ailəli, öz sözü ilə media işçisi kimi fəaliyyət göstərən, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü mаddəsi ilə tərtib edilmiş inzibаti xətа haqqında 29 avqust 2022-ci il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 01 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində “Mercedes Benz 220 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında X6 Polis Şöbəsinin polis inspektoru X2 ifadəsində göstərdi ki, Şəxs oğlu idarə etdiyi “Mercedes Benz 220 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Mirzalıbəyli kəndi istiqaməyində hərəkətdə olan zaman Bərdə şəhəri, Bakı küçəsi ilə yolun kəsişməsində dairəyə çatankən düzunə hərəkətdə olan “Vaz 21043 Minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək avtomobillərin toqquşmasına şərait yaratmışdr. Şəxs oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdiki, 01 dekabr 2022-ci il tarixdə gecə 00:30 radələrində idarə etdiyi “Vaz 21043 Minik” markalı **-MS-*** dölət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Bakı küçəsi ilə hərəkətdə olarkən Mirzalıbəyli kənd yolunun kəsişməsindəki dairəyə çatan zaman Mirzalıbəyli kəndi istiqaməti ilə hərəkət edən zaman “Mercedes Benz 220 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yol verməyərək, avtomobili sağ yan hissəsindən vuraraq toquşmuş və yol nəqliyyat hadisəsini törətmişdir. Hadisə zamanı zərərçəkmiş X3 avtomobildə tək olmuş, heç bir xəsarət almamışdır. Lakin vurulmuş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində “Mercedes Benz 220 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi zaman yol nəqliyyat hadisəsini törətmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, inzibаti xətа törətmiş şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 01 dekabr 2022-ci il tarixli, № 1490 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs oğlu orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixdə, İXP ******* saylı protokoldan görünür ki, Şəxs oğlu 01 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində “Mercedes Benz 220 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs oğlu 01 dekabr 2022-ci il tarixdə saat 00:30 radələrində “Mercedes Benz 220 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi zaman yol nəqliyyat hadisəsini törətmiş, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs oğluna hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı Şəxs oğlunun məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Lakin buna baxmayaraq məhkəmə xüsusi olaraq onu da qeyd etmək istəyir ki, baş vermiş yol nəqliyyat hadisələrini ağır nəticələrə səbəb olma hallarının bir çoxu sürücülərin spirtli içki qəbul edərək nəqliyyat vasitələrini idarə etməsi səbəbindən baş verir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamında da xüsusi olaraq yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ilə bağlı məsələlər ön plana çəkilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın cəmiyyətdə yarada biləcək neqativ hallarını, cəmiyyətdə bərqərar olmuş ictimai dəyərlərə, avtoqəzalarların qarşısının alınması ilə bağlı həyata keçirilən kompleks tədbirlərin səmərərəliyinə zərbə vurulmamasını nəzərə alıb Şəxs oğlunun barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini məqsədəmüavafiq hesab edir. Beləliklə, məhkəmə belə hesab edir ki, Şəxs oğluna həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Çünki inzibati tənbehin əsas məqsədləri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs oğlu məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən saat 12:25-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar