Məhkəmə qərarları › İş №3(021)-15/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-15/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-15/2024 07.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon X6 Şöbəsinin 31 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş vermiş olduğu şikayətə açiq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X6 Şöbəsinin xx.xx.2023- cü il tarixli (nömrəsiz) Qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 163-1.2-ci maddəsilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən Qərarın heç bir qanuni əsası yoxdur. Belə ki, təxminən 10 il bundan əvvəl istifadəsində olan 90-NT-27 nömrəli Hovo markalı yük maşını ilə hərəkətdə olarkən Qaradağda yol polisi tərəfindən saxlanılmış, avtomobildə olan yükün normadan artıq olması ona irad tutulmuşdur. Sonra yoluna davam edib yaşadığı Bərdə rayonuna gəlmiş, həmin vaxtdan isə həmin yük maşınını təhvil vermişdir. Bu günə qədər X5 tərəfindən tərtib edilmiş hər hansı protokol və yaxud Qərar ona verilməmişdir. xx.xx.2023-cü il tarixdə, yəni təxminən 10 ildən sonra Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli (nömrəsiz) qərarını almış, həmin Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 163-1.2-ci maddəsilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilməsi qeyd edilmişdir. Hətta ona bu günlərdə verilən sənədlərin içərisində olan ödəniş protokolunda cərimə məbləği 960 manat qeyd edilmişdir. Belə hesab edir ki,təxminən 10 ildən sonra belə bir Qərarın verilməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X2 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon X6 Şöbəsinin 31 oktyabr 2023-cü il tarixli, qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 163-1.3-cü maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon X6 Şöbəsinin 31 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar