Məhkəmə qərarları › İş №3(021)-150/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-150/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-150/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, orta təhsilli, "xxxx" MMC-də satış meneceri vəzifəsndə işləyən, evli, himayəsində 5 uşağı olan, Bərdə rayonu Lənbəran kəndində yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 07 fevral 2021-ci il tarixdə saat 19:30 radələrində Növbətçi Hissənin qarşısında ucadan polis əməkdaşlarının ünvanına nalaiq ifadələr işlətdi. Polis əməkdaşları onu sakitləşdirmək istəyərək, nizam intizama dəvət ediblər, lakin o,öz qanunsuz hərəkətlərindən əl çəkməyərək, hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs oğlu göstərmişdir ki, 07 fevral 2021-ci ildə saat 19:30 radələrində Növbətçi Hissənin qarşısında ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib. Polis əməkdaşları onu sakitləşdirmək istəyərək, nizam intizama dəvət ediblər, lakin o, əsəbi olduğu üçün tabesizlik göstərmişdir. Etdiyi əmələ görə peşmandır. Habelə 07 fevral 2021-ci il tarixdə özünə məxsus sahəni yandırıb bu səbəbdən Rayon Polis Şöbəsinə gətirilmişdir. Törətdiyi əməldən peşmandır, hamiyəsində 5 uşağı vardır, böyük qızının 11 yaşı var və o, iflic xəstəsi olduğundan ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 ifadəsində göstərmişdir ki, Şəxs oğlu özünə məxsus sahəni yandırarkən polis əməkdaşları ona yaxınlaşaraq ona iradlarını bildirmişlər, lakin o, əsəbi halda nalayiq ifadələr işlətmişdir. Bundan sonra öz hərəkətlərini növbətçi hissənin qarşısında davam etdirərək, uca səslə və nalayiq sözlər söyərək növbətçi hissənin iş rejimini pozmuşdur. Lakin sonradan sakitləşərək əməlindən peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə nəfəri X3 ifadəsində göstərmişdir ki, Şəxs oğlu 07 fevral 2021-ci il tarixdə saat 19:30 radələrində Növbətçi Hissənin qarşısında ucadan polis əməkdaşlarının ünvanına nalaiq ifadələr işlədərək polisin iş rejimini pozmuş, əsəbi olduğu üçün tabesizlik göstərmişdir. Məhkəmə, məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin nümayəndəsinin və şahidin ifadələrini dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin deyil həmin Məcəllənin 510-cu maddəsinin tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddə ilə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, Şəxs oğlunun hərəkətlərində xırda xuliqanlığın tərkibi mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, lakin himayəsində 5 uşağının olması, böyük qızının kvadropleqik spastik serebral iflic (6.80.0) xəstəliyindən əziyyət çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Belə ki, iş materiallarına əlavə edilmiş X1 11 yanvar 2021-ci il tarixli 13 saylı arayışından görünür ki, X5 11 yanvar 2021-ci il tarixdə ambulator müayinədən keçmiş və onda kvadropleqik spastik serebral iflic (6.80.0), spastik tetraparez, intellektin və nitqin geriliyi xəstəliyi diaqnozu qoyulmuşdur. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq törətməsi özünün etirafı, işdə olan şəxslərin ifadələri və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 377/21 nömrəli 07 fevral 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs oğlu 07 fevral 2021-ci ildə saat 19:30-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsini tələblərinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə tövsif edilsin. Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs oğlunun 07 fevral 2021-ci ildə saat 19:30-dan 08 fevral 2021-ci il saat 12:20dək tutulması nəzərə alınmaqla onun üzərində qəti olaraq 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar