Məhkəmə qərarları › İş №3(021)-150/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-150/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-150/2024 07.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Bala Ərəblər kəndində məskunlaşmış X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 327.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Samux rayonu Patrul Xidməti tərəfindən qəbul edilmiş 05 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Samux rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X1 TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Zazalı yolu ilə sahibliyində olan Mersedes Benz markalı,**-CX-*** Dövlət nömrə nişanlı yük avtomaşını ilə xx.xx.2023cü il tarixdə saat 18:20 radələrində hərəkətdə olarkən Samux rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən saxlanılmış, guya yol hərəkəti haqqında hansısa qaydalarını pozduğuna görə, barəsində İXP ******* saylı xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci və 327.1-ci maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Samux rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 vəzifə səlahiyyətlərini aşmış, ona hörmətsizlik etmiş, əsassız olaraq "Nəqliyyat vasitələrinin istismarı qaydalarını və Yol hərəkəti qaydalarini pozmaqda” onu ittiham etmişdir. Belə ki, o, hansısa yol hərəkəti qaydalarını pozmamış idarə etdiyi yük maşınına isə hansısa konstruksiya dəyişikliyi etməmiş,normativ tələbləri pozmaqla avadanlıq quraşdırmamış, və ya dəyişdirməmişdir. Avtomobil necə istehsal edibsə, eləcə də idarə edir. Əgər belə sübut (görüntü) varsa təqdim etsinlər. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1405/2023 saylı qərarı ilə (sədrlik edən hakim Q.M.Əbilov) X5 şikayətinin təmin edilməsi, Samux rayonu Yol Patrul Xidmətinin 05 sentyabr 20123-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının Azərbaycan Respublikasının İXM-in 342.2.2-ci maddəsinə münasibətdə ləğv edilməsi və inzibati xəta haqqında iş həmin hissədə yenidən araşdırılması üçün həmin orqana göndərilməsi, Samux rayonu Yol Patrul Xidmətinin 05 sentyabr 20123-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsinə münasibətdə qanuni hesab edilməsini qərara almışdır. Həmin qərardan Samux rayon X8 X11 rəisi, polis mayoru X6 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1405/2023 saylı qərarını ləğv edərək işə yenidən baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 3(104)-40/2024 nömrəli qərarı ilə Samux rayon X8 X11 rəisi, polis mayoru X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1405/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında materialın yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazimi formada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarında olan AD №343707 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MERCEDES BENZ yük markalı 99CX464 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarında olan Samux rayonu Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 05 sentyabr 20123-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Samux rayonu Zazalı yolunda xx.xx.2023-cü il tarixdə saat 18:20-də MERCEDES BENZ yük markalı 99CX464 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 327.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X7 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Samux rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X1 TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İXM-in 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Samux rayonu Patrul Xidməti tərəfindən X7 barəsində inzibati tənbeh vermə haqqında 05 sentyabr 2023cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Samux rayonu Patrul Xidməti tərəfindən X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar