Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-150/2025 18.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, X1 tərəfindən Daxili İşlər Nazirliyinin DYP-nin 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN DYP bölməsinin 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli, EQ 26465969 saylı qərara əsasən inzibati xəta hadisəsi M-“ 47.9 km Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqaməti üzrə hərəkət olan Man TGX 18440 Yük markalı **-BM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat istifadəçisi olan X1 tərəfindən törədilmişdir. İş materiallarında olan yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin ediməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarışların inzibati tənbeh vermə haqqında Din Baş Dövlət Yol Polis İdarəsi EQ 24665969 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, M-2 47.9 km Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqaməti xx.xx.2025-ci il tarixində, saat 20:34:46-da Man TGX 18.440 Yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 tərəfindən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanının il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi müəyən edilərək, Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. AR.İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işə inzibati xətanın törədildiyi yer üzrə Qaradağ rayon Məhkəməsində baxılmalıdır. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə hesab edir ki, X1 tərəfindən Daxili İşlər Nazirliyinin DYP-nin 06 mart 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə dair müraciəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən Daxili İşlər Nazirliyinin DYPİ 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə dair müraciəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-150/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-150/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver