Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1504/2022 15.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Samux kəndində qeydiyyatda olub yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X2 Xidmətinin Yevlax Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 22 noyabr 2022-ci ildə saat 12:50 radələrində Bərdə rayonunda reyd zamanı Mercedes markalı 10XD893 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoxlanılarkən Şəxs qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş, həmçinin qanvericiliklə məyyən olunmuş tələb olunan sənədləri təqdim etməyərək X2 Xidmətinin əməkdaşlarının xidməti işlərinə maneə olumuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X2 Xidmətinin Yevlax Regional Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X2 Xidmətinin Yevlax Regional Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki inzibati işin materiallarda olan MN ******* saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 22 noyabr 2022-ci ildə saat 12:50 radələrində Bərdə rayonunda reyd zamanı Merceds markalı 10XD893 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoxlanılarkən Şəxs qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş, həmçinin qanvericiliklə məyyən olunmuş tələb olunan sənədləri təqdim etməyərək X2 Xidmətinin əmədaşlarinin xidməti işlərinə maenə olumuşdur. İnzibati işin materiallarda olan 22.11.202-ci il tarixli Aktdan görünür ki, X4 Xidmətinin Yevlax Regional şöbəsinin aparıcı məsləhətçisi X6, məsləhətçi X1 "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin Yevlax regional bölməsinin baş mütəxəssisi X5 aktı tərtib etmişlər ki, 22 Noyabr 2022-ci il tarixdə Bərdə şəhərində reyd zamanı Mercedes markalı 10XD893 qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 və həmçinin 24 aprel 2009-cu il 71 nömrəli qərarlarının tələblərinə uyğunluğu yoxlanmışdır. Yoxlama zamanı sürücü Şəxs qanunsuz yəni (fərqlənmə nişanı) olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Həmçinin yoxlama zamanı nəaliyyat vasitəsinin sürücü qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş və onların xidməti vəzifələrinin yerinə yetirməyə mane olmuşdur. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağirlaşdiran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Belə olan halda, Şəxs İXM-in 552-ci maddəsi ilə təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 23, 357, 360, 362, 365, 425-426 430-432-ci maddələrini əldə rəhbər tutub QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1504/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1504/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver