Məhkəmə qərarları › İş №3(021)-1505/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1505/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1505/2023 20.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, Barəsində inzibati icraat aparılan şəxs X2. Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ağdərə rayonu Narışlar kəndində anadan olmuş, Ağdam rayon Mollalar kəndində qeydiyyatda olmaqla Ağdam rayon Quzanlı İ qəsəbəsində yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yol-Patrul Xidmət Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yol-Patrul Xidmət Alayı tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə 27 iyul 2023-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs X6 izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı 1 qəsəbəsində yaşayır və Ağdam rayonu Quzanlı 1 qəsəbəsi tam orta məktəbinində müəllim işləyən, onun idarə etdiyi "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adınadır. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ və etibarnamə əsasında idarə edir. xx.xx.2023-ci il tarixdə səhər saatlarında idarə etdiyi "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı X5 Bərdə rayonu ərazisində yerləşən Qarabağ klinikasına aparmaq üçün yola düşmüş, həmin günü yəni. xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində idarə etdiyi "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax- Ağdam-Laçın yolu ilə Bərdə şəhəri istiqamətində 60 km/sürətlə hərəkətdə olan zaman yolun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən hissəsində qarşıda yolun sağ hərəkət hissəsinin kənarında dayanmış "Vaz 21074 minik" markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ani olaraq yolun sol hərəkət hissəsinin kənarı istiqamətində dönmə əməliyyatı edib onun hərəkət hissəsinə çıxmış, bu zaman o, avtomobillərin toqquşmaması üçün idarə etdiyi avtomobili yolun sol hərəkət hissəsi istiqamətinə çəkmiş, lakin maneədən yayına bilməmiş və avtomobillər yolun sol hərəkət hissəsində toqquşmuşdur. Hadisə zamanı o və arvadı Əzəmət İskəndərova xəsarət alıb Bərdə rayon Diaqnoztika Mərkəzinə müraciət etmişdir. Daha sonra o, hadisə yerinə qayıdıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə zamanı avtombilində 1 nəfər sərnişin olmuş, lakin yük olmamış, qəzadan əvvəl isə spirtli içki qəbul etməmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki. o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Əfətli kəndində yaşayır və təqaüdçüdür. Onun özünə məxsus "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ əsasında idarə edir. xx.xx.2023- cü il tarixdə səhər radələrində o, özünə məxsus "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillǝ Bərdə rayon" Şirvanlı kəndi ərazisində olan bulaqdan su götürmək üçün Yevlax-Ağdam-Laçın yolu ilə Bərdə rayonu istqiamətində yola düşmüş, həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində o, idarə etdiyi "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətində 60 km/saat sürətlə hərəkət edib yolun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən hissəsində avtomobilin yolun sağ hərəkət hissəsinin kənarında saxlamış və avtomobilllərin gəlib keçməsini gözləmişdir. Həmin vaxt bir neçə avtomobil gəlib keçdikdən sonra o, avtomobili saxladığı yerdən 10-15 km/saat sürətlə hərəkət edib yolun sol hərəkət hissəsi istiqamətində dönmə əməliyyatı etmiş, bu zaman isə onun eyni istiqamətdə arxa hissədən hərəkətdə olan "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edib qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurub toqquşdu. Hadisə zamanı o, xəsarət alıb Bərdə rayonu Diaqnoztika Mərkəzinə müraciət etmişdir. .Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində sərnişin və yük olmamışdır. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hazırda barəsində inzibati icraat aparılan şəxs X6 ilə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yol-Patrul Xidmətinin Xİİİ tağımının nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlə üzrə istintaq və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:30 radələrində Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 33-cü kilometrliyində, sürücü xx.xx.1940-ci il təvəllüdlü, Ağdam rayonu Əfətli kəndində yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə arxa hissədən hərəkətdə olan, sürücü X2 idarə etdiyi "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticǝdə "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq Bərdə rayon Diaqnoztika Mərkəzinə müraciət etmişdir. Həmin məlumat Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Cinayətlər və Hadisələr barədə Məlumatların Qeydiyyatı kitabında 862 saylı nömrə ilə qeydiyyata alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 07:30 radələrində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz 21074 minik" markalı 02- BK-230 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 33-cü kilometrliyində Yevlax rayonu istiqamətində yolun sağ hərəkət zolağının kənarında dayanmış olduğu yerdən 10 km\saat sürətlə hərəkət edib "X12" Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq yolun sol hissəsinə doğru istiqamətlənmiş, həmin vaxt onunla eyni istiqamətdə arxa hissəsdən yolun sol hissəsi ilə 60 km/saat sürətlə hərəkətdə olan sürücü X6 idarə etdiyi "Vaz 21099 minik" markalı, 55-CC- 813 dövlət qeydiyyat nişanlı avtomobillə "X12" Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin, İ hissəsinin tələblərini pozaraq qabaq sağ hissəsi ilə "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsindən, yolun sağ hərəkət hissəsinin kənarından sola doğru 8.0 metr məsafədə vurub toqquşmuş, nəticədə "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinin cırılmış yarası ilə müşayət olunan dərəcəsinə görə Yüngül bədən xəsarəti alması va "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 döş qəfəsinin sağ İX qabırğa qövsünün yerdəyişməyən sınığı, sağ baldırın yuxarı 1/3-nin ön-bayır səthinin qançırı və sıyrığı ilə müşayət olunan dərəcəsinə görə Yüngül bədən əsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdirlər. Sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz 21074 minik" markalı, **-BK-*** dövlət qeydiy at nişanlı avtomobillə qarşı hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozaraq X2 Yüngül bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyindən, sürücü X6 idarə etdiyi "Vaz 21099 minik" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağına çıxaraq manevr etmə qaydalarını pozaraq Zərərçəkmiş şəxs Yüngül bədən xəsarəti alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi törətdiyindən onların əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci və 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın təkibi olduğundan, qeyd edilənlər maddələrdən 327.8-ci maddə yuxarı hədd olduğundan Zərərçəkmiş şəxs və X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki; Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 922 nömrəli aktından məlum olur ki, sürücü X6 traktoru idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 923 nömrəli aktından məlum olur ki, sürücü Zərərçəkmiş şəxs avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 565 nömrəli rəyindən məlum olmuşdur ki, X2 bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ İX qabırğa qövsünün yerdəyişməyən sınığı, sağ baldırın yuxarı 1/3-nin ön- bayır səthinin qançırı və sıyrığı-küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla yarana bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddilər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 566 nömrəli rəyindən məlum olmuşdur ki, X3 bədənində aşkar edilmiş xəsarətlər sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı-küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla yarana bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 571 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qulaq nahiyəsinin cırılmış yarası-küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla yarana bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına sǝbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddilər. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 5291/2023 nömrəli məktubdan mǝyyən edilmişdir ki, Zərərçəkmiş şəxs BC 260 308 saylı - B- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi verilmişdir. X4 AC 915 426 saylı-BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixə kimi verilmişdir. Zərərçəkmiş şəxs və X1 hüququ məhdudlaşdırılmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş Yol Patrul Xidməti Alayının 13-cü taqımın inspektoru polis serjantı X9 tərəfindən tərtib edilmiş 27 iyul 2023-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, X6 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 İXM-in 327.8-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və X6 törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə X4 məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X2 İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Ağdam rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar