Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1507/2023 12.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəbrayıl oğlunun iştirakları ilə, xx.xx.1972-ci ildə Bərdə rayonu, Zümürxan kəndində anadan olmuş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olub yaşayan Şəxs Cəbrayıl oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Şəxs Cəbrayıl oğlu barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının 13-cü Tağımı tərəfindən Şəxs Cəbrayıl oğlu barəsində İXM-in 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəbrayıl oğlu bildirdi ki, heyvan otaran zaman mal-qara yolda olmamışdır. Zərərçəkmiş şəxs avtomobili ilə sürətlə gələrək heyvanı vurmuş və sonra da getmişdir. Özünü təqsirli bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının 13-cü Tağımının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol- Patrul Xidməti Alayının 13-cü Tağımı tərəfindən daxil olmuş Şəxs Cəbrayıl oğlu barəsində tərtib edilmiş İXM-in 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının 13-cü Tağımına geri qaytarılmalıdır. Belə ki, yol-nəqliyyat hadisəsi Zərərçəkmiş şəxs və Şəxs Cəbrayıl oğlu arasında baş versə də protokol yalnız Şəxs Cəbrayıl oğlu barəsində tərtib olunmuş, Zərərçəkmiş şəxs əməli araşdırılmamışdır.Yalnız onun izahat alınmışdır. İzahatlardan isə yolun hansı hissəsində mal-qaranın vurulması müəyyən olunmamışdır. Tərtib olunmuş yol nəqliyyat hadisəsinin sxemində isə yalnız sürücü qrafasında imza atılmış, sürücünün şəxsiyyəti isə qeyd edilməmişdir. Həmçinin barəsində inzibat protokol tərtib edilən şəxs Şəxs Cəbrayıl oğlu da həmin yol nəqliyyat hadisəsinin sxemini imzalamamışdır. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının 13-cü Tağımı tərəfindən təqdim edilmiş materiallar natamam tərtib olmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs Cəbrayıl oğlu barəsində İXM-in 338.7-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Xİİİ Tağım Yol- Patrul Xidmətinə qaytarılmalıdır. Araşdırılma zamanı hər iki şəxsin əməlinə qiymət verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Cəbrayıl oğlu barəsində İXM-in 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Xİİİ Tağım Yol-Patrul Xidmətinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1507/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1507/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver