Məhkəmə qərarları › İş №3(021)-151/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-151/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-151/2024 07.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X3 08 sentyabr 2023-cü il tarixli "tələbin icraya yönəldilməsi haqqında" qərarından X6 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli "tələbin icraya yönəldilməsi haqqında" qərara əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan X6 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli "tələbin icraya yönəldilməsi haqqında" qərarından şikayət verilmişdir. Barəsində inzibati icraat aparılan X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli "tələbin icraya yönəldilməsi haqqında" qərarı ilə 10000 (on min) manat cərimə edilmiş, bununla da hüquqların kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli ve inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən məhsulu xarici ölkələrə ixrac etsə də, məhsulun dəyərini Pandemiya və sərhədlərin bağlanması səbəbindən, göndərdiyi məhsulların dəyərini geri ala bilməmişdir. Hətta bu barədə məhkəmə iddia qadırmaq istəsə də, beynəlxalq məhkəmələrdə iş təcrübəsi olan vəkil tapa bilməmişdir. Külli miqdarda ziyan dəymiş və iflasa uğramışdır. Artıq 2021-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda qeyd etdiyim kimi, mən artıq 2 (iki) ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Beləliklə, qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərin pozmuşdur. Protokolu və aktı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdikləri inzibati xəta üzrə qərarlar qəbul olunmuşdur. Bununla da da, onun iştirakı olmadan keçirilmiş yoxlamada protokol, daha sonra isə bu əsasla qərar qəbul edilmişdir. Yalnız 18 sentyabr 2023-cü il tarixdə sözügedən qərar ünvanına daxil olmuşdur. Bərdə Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 3(021)-1430/2023 saylı qərardadı ilə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 3(021)-1430/2023 saylı qərarı ilə barəsində inzibati icraat aparılan X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 7 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və yenidən araşdırılmanın aparılması üçün həmin orqana qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən şikayət verilərək Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 3(021)-1430/2023 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 3(104)-38/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 3(021)-1430/2023 saylı qərardadı və Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 3(021)-1430/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinə və X5 işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati icraat aparılan X6 heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati icraat aparılan X6 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli "tələbin icraya yönəldilməsi haqqında" qərarından şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs-vəzifəli şəxs X6 (VÖEN **********) 18 may 2018-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək 42 bəyannamə üzrə 185952,30 ABŞ dolları yaxud 316118,91 Azərbaycan manatı məbləğində malı konsignasiya yolu ilə ölkə xaricinə ixrac etmiş, lakin 180 gün ərzində həmin xarici valyuta vəsaitini Azərbaycan Respublikasında yerləşən müvəkkil bankında olan hesabına köçürülməsi üçün sərəncam verməmış, hərəkətsizlik etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə X1 fəaliyyəti ilə əlaqədar İraq Respublikasında fəaliyyət göstərən "Baragull” şirkəti ilə 23 avqust 2021-ci il tarixli 23/08-21 nömrəli, "Armanı Mıranı" ilǝ 07 sentyabr 2021-ci il tarixli 07/09-21H nömrəli, "X13" ilə 17 sentyabr 2021-ci il tarixli 17092021/1 nömrəli, "X17" şirkəti ilə 11 avqust 2021- ci il tarixli 11/08-21H nömrəli, "X16" ilə 15 dekabr 2021-ci il tarixli 15122021/16 nömreli, "Nosinge Chenari" şirkəti ilə 28 dekabr 2021- ci il tarixli 28122021/21 nömrəli, Küveyt Dövlətində fəaliyyət göstərən "X14 Trading Co" şirkəti ilə 10 noyabr 2021-ci il tarixli 101121/12 nömrəli, Qazaxıstan Respublikasında fəaliyyət göstərən "PPP Advisory” şirkəti ilə 29 may 2021-ci il tarixli 01 nömrəli, Ukrayna Respublikasında fəaliyyət göstərən "Merkuriy Holding" şirkəti ilə 23 aprel 2021-ci il tarixli 23/04 nömrəli, "Proviziya.Kom" şirkəti ilə 06 sentyabr 2021-ci il tarixli 0xx/xx-2021 nömrəli, "Stritand" şirkəti ilə 01 oktyabr 2021-ci il tarixli 16S nömrəli, Rusiya Federasiyasında fəaliyyət göstərən "Kvantum" şirkəti ilə 06 fevral 2018-ci il tarixli AZ- 04 nömrəli, “Miks-Frut” şirkəti ilə 19 iyun 2020-ci il tarixli 1906 nömrəli, BƏƏ-də fəaliyyət göstərən "X15 Trading LLC" şirketi ilə 01 yanvar 2018-ci il tarixli 001/18 nömrəli müqavilələr bağlayıb malların dəyəri sonradan ödənilmək şərti ilə müqavilələr üzrə ümumilikde 185952,30 (bir yüz səksən beş min doqquz yüz əlli iki ABŞ dolları otuz sent) ABŞ dolları qiymətinə sataraq Cənub Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirməklə Gömrük bəyannamələrinin 20-ci qrafasında malların "002-malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə" və "003-konsignasiya yolu ilə mal İxracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə” keçirilmə xüsusiyyətlərində bəyan edərək Azərbaycan Respublikasından Rus ya Fedarasiyasına, Ukrayna Respublikasına, Küveyt Dövlətinə, İraq Respublikasına, BƏƏ və Qazaxıstan Respublikasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxalixiac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının tələblərinə riayət etməklə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) çün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmesini təmin etməli olduğu halda, sözügedən bəyannamələr üzrə götürdüyü öhdəlik üzrə malların dəyərini tamamilə müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Mərkəzi Bankın rəsmi internet çıxarışına əsasən 185952,00 ABŞ dolları xarici valyutada vəsaiti milli valyutaya nisbətdə 316118.91 manat təşkil edir. 07 aprel 2023-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Konstitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin "Qeyd" hissesinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50 (əlli) % həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası vətəndaşı X2 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 42 bəyannamə əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 185952,30 ABŞ dolları (316118.91 manat) məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası vətəndaşı X4 adına Cənub Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 42 bəyannamə əsasında ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 185952,30 ABŞ dolları (316118.91 manat) məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində X4 Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsi prosesinə nəzarət Cənub Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinə həvalə edilmişdir. İcraatın başa çatdırılması haqqında raportdan görünür ki, 28 mart 2023-cü il tarixdə işin icraatı zamanı vəzifəli şəxs Azərbaycan Respublikası vətəndaşı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmış, 12000- 03219/23 saylı inzibati xəta haqqında işin baxılmağa verilməsi mümkün hesab edilmişdir. Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 3(021)-775/2023 saylı qərarı ilə, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi BaşGömrük İarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən X6 barəsində İXM-nin 483-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 12000/03707 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. 16 may 2023-cü il tarixli tələbin icraya yönəldilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 10000 (on min) manat cərimə tətbiq edilmiş X6 tətbiq edilmiş cəriməni bu günə qədər ödəmədiyinə görə tələbkar Cənub Ərazi Baş Gömrük İdarəsinin 07 aprel 2023-cü il tarixli qərarı 16 may 2023-cü il tarixindən icraya yönəldilmişdir. Tələbin icraya yönəldilməsi haqqında qərar 16 may 2023-cü il tarixdə verilmiş və həmin tarixdən də qüvvəyə minmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 3(104)-349/2023 saylı qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hidayətov TəyyarHidayət oğlunun şikayəti, şikayət vermə müddəti buraxılmaqla verildiyindən baxılmamış saxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməmişdir. 08 sentyabr 2023-cü il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” qanunun 2.0.1, 2.0.2, 82-ci, “İcra haqqlnda qanun”un 6, 7 və 8-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 10000 (on min) manat cərimə tətbiq edilmiş X6 tətbiq edilmiş cəriməni ödəmədiyinə tələbkar Cənub Ərazi Baş Gömrük İdarəsinin (hal-hazırda Biləsuvar Gömrük İdarəsi) xx.xx.2023-cü il tarixli qərarının xx.xx.2023-cü il tarixdən icraya yönəldilməsi, tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minməsi qərara alınmışdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 7 aprel 2023-cü il tarixli qərarından şikayət verilmiş, Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 3(021)-775/2023 saylı qərarı ilə, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi BaşGömrük İarəsinin rəis müavini, gömrük xidməti polkovniki X7 tərəfindən X6 barəsində İXM-nin 483-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 12000/03707 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin həmin qərarından verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 3(104)-349/2023 saylı qərardadı ilə şikayət vermə müddəti buraxılmaqla verildiyindən baxılmamış saxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 3(021)-775/2023 saylı qərarı artıq qanuni qüvəsini almışdır. 8 sentyabr 2023-cü il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 10000 (on min) manat cərimə tətbiq edilmiş X6 tətbiq edilmiş cəriməni ödəmədiyinə tələbkar Cənub Ərazi Baş Gömrük İdarəsinin (hal-hazırda Biləsuvar Gömrük İdarəsi) xx.xx.2023-cü il tarixli qərarının xx.xx.2023-cü il tarixdən icraya yönəldilməsi, tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İcra haqqında Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2- ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 4.4- c i maddəsinə əsasən İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar istisna olmaqla), o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir.[ Azərbaycan Respublikası İXM-in 132.1 ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, “tələbin icraya yönəldilməsi” barədə qərardan şikayət inzibati xətalar məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında baxılmalı olmadığından şikayət geri qaytarılmalıdır. Şərh olunanlar əsasən və İXM-in 132-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X3 08 sentyabr 2023-cü il tarixli "tələbin icraya yönəldilməsi haqqında" qərarından X6 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar