Məhkəmə qərarları › İş №3(021)-151/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-151/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-151/2025 18.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Özbəkistan SSRİ-nin BAXT şəhərində doğulmuş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda qeyiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, 588 saylı qəsəbədə yerləşən “OBA” marketdən oğurluq etmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Şəxs tanışları ilə birlikdə yeyib-içdikdən sonra xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, 588 saylı qəsəbədə yerləşən “OBA” marketdən 120 manat dəyərində “Westqold” və 1 ədəd “Goldenqrof” kərə yağını oğurlayaraq ziyan vurmuşdur. Həmin yağları sataraq meyvə və spirtli içkilər alaraq içmişlər. Şəxs iki mağazaya daxil olaraq oğurluq etmişdir, digər mağazada zərərçəkmiş şəxs Əliyev Vüsaldır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, ikinci qrup əlildir, tanışları ilə birlikdə 16 mart 2025-ci il tarixdə Bərdə rayonunda yerləşən “OBA” marketdən yağ oğurlamışdır, həmin yağı satmış, meyvə və içkilər almışdır. Oğurluğu 4 nəfərlə birlikdə edib, onlar da başqa mağazalardan oğurluq ediblər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Bərdə şəhərində yerləşən 543 nömrəli “OBA” marketdə işləyir. Şəxs oğurluq etməsini kamera vasitəsi ilə bilmişdir, o, mağazanın içərisində olduğundan oğlurluqdan xəbəri olmamışdır, kamera görüntülərindən görmüşdür, görüntüləri polisə vermişdir, “Westqold” və 1 ədəd “Goldenqrof” kərə yağını oğurlayıbdır, bizə 80 manat dəyərində ziyan vurmuşdur. Şəxs iki mağazadan oğurluq etmişdir, digər mağazada zərərçkəmiş şəxs Əliyev Vüsaldır. Şəxs şikayətçidir, dəfələrlə belə hadisə baş vermişdir. Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, 588 saylı qəsəbədə yerləşən Əliyev Vüsalın müdiri oğlduğu “OBA” marketdən 120 manat məbləğində oğurluq edərək, zərərçəkmiş şəxs Vüsal Əliyevə 120 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2025-ci il tarixli inzibati iş üzrə zərəçəkmiş şəxs kimi tanınma haqqında Qərardadn görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl və ona əlavə edilmiş sənədlər natamam olduğundan onu tərtib etmiş оrqаnа, Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolda Əliyev Vüsalı zərərçəkmiş şəxs kimi qeyd etmiş, lakin iş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma qərarında zərərçəkmiş şəxs kimi X4 tanınmışdır. Eyni zamanda inzibati xəta haqqında protokolda dəymiş ziyanın məbləği 120 manat, zərərçəkmiş şəxs kimi tanınma qərarında isə ziyanın məbləği 80 manat olaraqq eyd edilmişdir. İş materiallarında olan bu ziddiyyətlə əlaqədar məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokola əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXMnin 227-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, Qəraraaldı: Şəxs barəsində 227-ci maddələri ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar