Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1515/2023 29.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti X3nin xx.xx.2022-ci il tarixli MN №-1065879 saylı saylı qərarından X2 verdiyi şikayəti və əlavə olunmuş sənədləri nəzərdən keçirərək , məhkəmə MÜƏYYƏNETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti X3nin xx.xx.2022-ci il tarixli, MN №1065879 saylı inzibati xəta haqqında qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və işdə olan materialları nəzərdən keçirib hesab edir ki, şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti X3 tərəfindən X4 barəsində qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN №1065879 saylı qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X2 həmin qərardan məlumatı olmuş, lakin heç bir üzürlü səbəb olmadan qərardan şikayət verməmiş, şikayət vermə müddətini ötürdüyü halda məhkəməyə müraciət edərkən şikayəti ilə birlikdə müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X1 Xidməti X3nin xx.xx.2022-ci il tarixli MN №-1065879 saylı saylı qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti X3nin xx.xx.2022-ci il tarixli MN №-1065879 saylı saylı qərarından X2 verdiyi şikayət geri qaytarılsın. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1515/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1515/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver