Məhkəmə qərarları › İş №3(021)-1519/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1519/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1519/2023 09.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayətçi X3 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 22 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarından X3 (bundan sonra şikayətçi və Pərviz Cabbarzadə) vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi) 21 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" marketdə fəaliyyət zamanı formalaşan tullantıların marketin arxa hissəsində qalaqlandırılması və yandırılması faktı aşkar edilmişdir. Bununla da X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Pərviz Cabbarzadə məhkəməyə şikayət verərək 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 22 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Pərviz Cabbarzadə şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası ETSN-nin 9 saylı Regional İdarəsinin müfəttişi ‘'Bazarstore” MMC-nin icarəsində olan müdiri olduğu "Bərdə" mağazasının arxasına yaxınlaşaraq tullantıların həmin əraziyə atıldığını və daha sonra yandırıldığını bildirərək, inzibati xəta haqqında protokol tərtib etmişlər. Bir müddət sonra yaşadığı ünvana məktub vasitəsi ilə rəsmi bildiriş və inzibati tənbehvermə haqqında qərar qəbul edirək barəsində 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati tənbehvermə haqqında qərar qanunazidd və əsassız olduğundan ləğv edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ekologiya İdarəsinin baxış keçirdiyi ərazinin faktiki və hüquqi olaraq "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur, dolayısı ilə həmin ərazi mülk sahibi olan X1 mülkiyyətindədir. "xxxx" MMC pərakəndə satış sektorunda market fəaliyyəti ilə məşğuldur və "xxxx" MMC-nin Bərdə mağazasının müdiri olaraq onun marketin arxa tərəfində marketlə bağlılığı olmayan əraziyə naməlum fiziki və hüquqi şəxslər ərəfindən atılmış və ya yandırılan tullantılarla bağlı məsuliyyəti nəzərdə tutula bilməz. Əlavə laraq həmin tullantılara baxsaq mağazadan atılmadığı açıq-aşkar görünməkdədir. İstifadə edilmiş şəxsi istifadə nəticəsində meydana çıxan tullantılardır. Qərarda qeyd edilmişdir ki, yandıran zaman ətraf mühitin mühafizəsi tələbləri pozulmuşdur. Bununla əlaqədar qeyd edir ki, “Bazarstore" MMC tullantıların məhv edilməsi və ya yandırılması ilə bağlı heç bir xidmət göstərmir. "Bazarstore” MMC ilə Bərdə Rayon Kommunal Müəssisələri Kombinatının arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tullantıların daşınması və onların zərərsizləşdirilməsi icraçı firma olan Bərdə Rayon Kommunal Müəssisələri Kombinatının səlahiyyətindədir və həmin xidmətlərə görə onlar tərəfdən aylıq xidmət haqqı ödənilir. İnzibati ənbehvermə haqqında qərar qanunvericliklə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. elə ki, inzibati tənbehvermə haqqında qərar xx.xx.2023-cü il tarixində qəbul edilmiş, 17 gün sonra xx.xx.2023-cü il tarixində isə ona təqdim edilmişdir. Halbuki inzibati qanunvericiliyə əsasən iş üzrə qəbul edilmiş qərar 2 gün müddətində barəsində inzibati icraat aparılan şəxsə əqdim edilməlidir. Bununla da işə baxan səlahiyyətli orqan inzibati qanunvericiliyin 117-ci addəsinin normasını pozmuşdur. İnzibati işə qanunvericiliklə müəyyən edilmiş müddətdə axılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixində tərtib dilməsinə baxmayaraq 1 aydan çox müddət keçdikdən sonra inzibati tənbehvermə haqqında ərar qəbul edilmişdir. Hazırkı işdə göründüyü kimi inzibati araşdırılma olmadığından işə anunvericilikdə müəyyən edilmiş 15 gün müddətdə baxılaraq qərar qəbul edilməli idi. Lakin inzibati orqan İXM-nin həmin maddəsini də kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında şikayətçi Pərviz Cabbarzadə şikayətdə göstərdiklərini bir daha təsdiq edərək 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 22 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə və onun əməlində inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 göstərdi ki, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" marketin arxa hissəsinə baxış keçirilərkən təhlükəsizlik tədbirləri görülmədən zibil tullantılarının yandırılması halı aşkar edilmişdir. X8 özü də iştirak etmiş, bu zaman fotoşəkildə çəkilmişdir. Qeyd olunan ərazi marketin ərazisi olmuşdur. X2 tərəfindən şəxsən yandırıldığını müşahidə etməmişlər. Lakin həmin ərazi marketin ərazisi olduğundan həmin əraziyə cavabdehliyi Pərviz Cabbarzadə daşıyır. Sonuncu barəsində qərar qəbul edilərkən dəvət edilsə də, o gəlməmiş, qərar onun iştirakı olmadan qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş 22 avqust 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilərək inzibati material yenidən araşdırılması üçün 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1990-cı ildə Şəki şəhərində anadan olmuşdur, Şəki şəhəri N.Nərimanov küçəsində qeydiyyatdadır. 21 iyul 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" marketdə fəaliyyət zamanı formalaşan tullantıların marketin arxa hissəsində qalaqlandırılması və yandırılması faktı aşkar edilmişdir. Buna görə də X3 barəsində İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İnzibati təhbeh vermə haqqında” 22 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, fiziki şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatı ilə "xxxx" MMC arasında bağlanmış 02 nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, İcraçı ünvan 2 ünvanında Sifarişçiyə məxsus "xxxx" mağazasının ərazisində yerləşən konteyberlərdə yığılmış zibil tullantılarının daşınması və zərərsizləşdirilməsini, Sifarişçi isə daşınma ilə əlaqədar lazımi şərait yaratmağı və xidmətlərin müqavilənin 3-cü maddəsinə uyğun olaraq haqqını İcraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə müqavilə üzrə göstəriləcək xidmətlərin aylıq dəyəri və xərclər daxil olmaqla 300 (üç yüz) manat, illik dəyəri 3600 (üç min altı yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edildi ki, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları məişət tullantılarının Pərviz Cabbarzadə tərəfindən həmin əraziyə atılması və yandırılması hallarını yetərincə araşdırmadan və həmin halı təsdiq edən sübutları toplamadan 21 iyul 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol və həmin protokol əsasında Pərviz Cabbarzadənin barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 manat cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Pərviz Cabbarzadə şəxsən özü tərəfindən və ya rəhbəri olduğu müəssisənin digər əməkdaşları tərəfndən tullantıların yandırılmadığını bildirmişdir. Habelə, Pərviz Cabbarzadə müdiri olduğu marketin Bərdə Rayon Kommunal Müəssisələri Kombinatı ilə rəsmi müqaviləsinin olduğunu, marketin məişət tullantılarının həmin kombinat tərəfindən mütəmadi olaraq konteynerlərdən yığılaraq aparıldığını və məhv edildiyini, bu səbəbdən də özlərinin tullantıların yandırılması və ya digər qaydada məhv edilməsi ilə məşğul olmalarına ehtiyacın olmadığını bildirmişdir. Bu hal şikayətə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Pərviz Cabbarzadənin barəsində 21 iyul 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istinad olunan inzibati xətanın törədilməsində şəxsin təqsirli olmasına dair sübutlar yetərincə toplanmamış, bu barədə müvafiq sübutlar olmadan Pərviz Cabbarzadənin barəsində yuxarıda qeyd edilən “İnzibati xəta haqqında” protokol və həmin protokol əsasında “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Ona görə də 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və qeyd olunan protokol əsasında qəbul edilmiş 22 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında material barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən araşdırılması üçün 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 iyul 2023-cü il tarixli MN ******* inzibati xəta haqqında protokolu və qeyd olunan protokol əsasında qəbul edilmiş 22 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar