Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-152/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Mollaisalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Otuzikilər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 28 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(021)-1747/2023 saylı qərarı ilə iş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs şikayət verərək Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(021)-1747/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 3(104)-12/2024 saylı qərarım ilə şikayət təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(021)-1747/2023 saylı qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-340/2023 nömrəli icra sənədinə əsasən Şəxs 8000 (səkkiz min) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, müflis olmuş, hazırda gəliri yoxdur. Özünə məxsus evi satmış, hazırda kirayədə yaşayır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirdi. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-340/2023 nömrəli icra sənədinə əsasən Şəxs 8000 (səkkiz min) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərarlar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, borcunu ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb ediləcəyinə dair xəbərdarlıq borcluya təqdim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-291/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(021)- 340/2023 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borc məbləğinin borclu Şəxs məxsus olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 6, 32 saylı mənzilə yönəldilməsi, həmin əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmiş, lakin təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan görünür ki, 06 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəxs xx.xx.2014-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarışla ona məxsus Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən ümumi sahəsi 46.4 kv.m, yaşayış sahəsi 18.8 kv.m , yardımçı sahəsi 27.6 kv.m olan ev 6, 32 saylı mənzil X1. Lakin alqısatqı müqaviləsi bağlansa da, rəsmi reyestrdən qeydiyyatdan keçməmişdir. X2 əmlak üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. Sözügedən əmlak alqı-satqı müqaviləsinin bağlanması nəticəsində satılmış, hazırda həmin əmlakın faktiki kimin mülkiyyətində olması müəyyən olunmur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)- 434/2023 nömrəli qərardadı ilə Bərdə rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(021)-340/2023 saylı icra sənədi üzrə xx xxxxxx 1977-ci il təvəllüdlü, Bərdə rayonu, Otuzikilər kəndində yaşayan Şəxs Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-340/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən onu verən məhkəməyə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)- 582/2023 nömrəli qərardadı ilə tələbkar Zərərçəkmiş şəxs ərizəsinin təmin edilməsi, Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv olunması, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-340/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs – xx.xx.1977-ci ildə Bərdə rayonunda doğulmuşdur, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində mama peşəkar vəzifəsində çalışır və aylıq əmək haqqı 588 manat təşkil edir, adına başqa hər hansı daşınar və daşınmaz əmlak mövcud deyil. Azərbaycan Resoublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsinin 27 aprel 2023-cü il tarixli, 3-21-3-46/2-1990/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən vətəndaş Şəxs məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərinə dövlət reyestrində həbs qoyulmuşdur. 54264/11 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra şöbəsi tərəfindən icra sənədləri üzrə Zərərçəkmiş şəxs və digər şəxslərin xeyrinə tutulmalı olan borcların Şəxs əmək haqqında yönəldilməsi və tutulması Bərdə rayon Mərkəzi Xəstəxanasından xahiş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası üçün adına əmlakın olub-olmaması araşdırılmadan, əmlakı mövcud olmadığı və ya özgəninkiləşdirildiyi halda həmin əmlakın digər şəxsə rəsmi qaydada satılması müəyyən edilmədən protokol natamama şəkildə tərtib olunmuşdur. Odur ki, icra məmuru tərəfindən həmin halların araşdırılması üçün protokol geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov
Məhkəmə qərarları › İş №3(021)-152/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-152/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver