Məhkəmə qərarları › İş №3(021)-1526/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1526/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1526/2023 09.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarına əsasən X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. X5 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmurov tərəfindən barəsində 24 mart 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında ******* saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli blinərək 500 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında 24 mart 2023-cü il tarixli, ******* saylı qərar onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında fəaliyyət göstərən "Murad servis" avtotemir sexində formalaşan tullantılar sexin qarşısında qalaqlanmaqla ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmiş, nəticədə X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa barəsində 09 dekabr 2023-ci ildə MN1495461 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2023-cü il tarixli, ******* saylı qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, əməlində inzibati xəta olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarda qeyd edilmiş sənaye tullantıları onun tərəfimdən qalaqlanmamış və sənaye tullantıları ona məxsus tikilinin ərazisində deyildir. Barəsində tərtib edilmiş protokol qanunsuz olduğundan tərəfindən imzalanmamışdır. Törədilmiş inzibati xəta onun tərəfindən törədilməmişdir. Lakin buna baxmayaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində əsassız qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş MN1495461 nömrəli inzibati protokol 09 dekabr 2023-ci ildə tərtib edilmiş, lakin inzibati xəta haqqında qərar 24 mart 2023-cü il tarixdə çıxarılmışdır. Hesab edir, barəmdə inzibati tənbeh haqqında qərar 24 mart 2023-cü il tarixdə yəni 3 ay sonra tərtib edildiyindən inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Məhkəmə iclasında X2 bildirdi ki, tullantıları o əraziyə tökməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, şikayəti formal xarakter daşıyır. Əraziyə X5 tərəfindən tullantılar atılmışdır. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X5 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamədən grünür ki, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarın surətini 11 aprel 2023-cü il tarixdə almışdır. Məhkəmə qeyd edir ki, həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, inzibati xəta törədən X3 həmin qərardan xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan şikayətini verməmişdir. İnzibati xəta törədən X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarından şikayətin verilməsi üçün prosessual müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 mart 2023-cü il tarixli, MN №-1289873 saylı qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar