Məhkəmə qərarları › İş №3(021)-1527/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1527/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1527/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə rayonu Zümürxaç kəndində anadan olmuş, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 02 oktyabr 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin 27 yanvar 2009-cu il tarixli, 2(021)- 44/2009 saylı icra sənədinə əsasən Şəxs övladı- 23 yanvar 2007-ci il təvəllüdlü Rizvanın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlididir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Hazırda 2350 manat aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 27 yanvar 2009-cu il tarixli, 2(021)-44/2009 saylı icra sənədinə əsasən övladı- 23 yanvar 2007-ci il təvəllüdlü Rizvanın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlididir. Lakin maddi imkanı olmadıından alimenti ödəyə bilməmişdir. Hazırda borcundan 500 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəkdir. Borcunun ödəməsindən yayınmır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə qəbz təqdim edərək bildirdi ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan 500 manat ödəniş etmişdir. Odur ki, Şəxs barəsində tətib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 27 yanvar 2009cu il tarixli, 2(021)-44/2009 saylı icra sənədindən görünür ki, Şəxs övladı- 23 yanvar 2007ci il təvəllüdlü Rizvanın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlididir. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkməyə təqdim edilmiş və inzibati işin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan 500 manat pulu zərərçəkmiş şəxs X5 ödəmişdir. Həmçinin zərərçəkmiş şəxs X6 şəxs Şəxs barəsində tətib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasından və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə görə isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar