Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1528/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Yol Patrul Xidmətinin inspektoru X2, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Yol Patrul Xidmətinin inspektoru X2 04 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Barəsində inzibati icraat aparılan X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis serjantı X4 tərəfindən 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli İnzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun ve ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır" yol nişanının tələbiərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi stifadədə olan nəqliyyat vasitələrinin. yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 ve 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o yaşadığı kənddəki evindən gedərkən kəndarası yolda DYP əməkdaşları onu saxlatdırmışlar. Heç bir qanun pozuntasına yol verməməyinə baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etdilər. Barəsində çıxarılmış qərarın yanlış olduğunu etiraf etsələr də, ona bildirdilər ki, qərarın ləğv edilməsi onların səlahiyyətində deyildir. Əslində polis əməkdaşları onu saxlayanda təhlükəsizlik kəmərindən istifadə etməmişdi. 20 manat təklif elədi, lakin polis əməkdaşları götürmədilər. Məhkəmə iclasında şikayətçi X3 izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol və qərarla razı deyildir. 04 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Sözü gedən qərarlar tamamilə əsassız və qanunsuzdur. Belə olduğu halda, onu ümumiyyətlə saxlamalı deyildilər. Hesab edir ki, qərarların ləğv olunması üçün yetərincə əsaslar vardır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Yol Patrul Xidmətinin inspektoru X4 bildirdi ki, 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli İnzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327 2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun ve ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır" yol nişanının tələbiərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi stifadədə olan nəqliyyat vasitələrinin. yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 ve 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X3 tərəfindən verilmiş şikayət üzrə mübahisələndirilən qərarların ləğv edilməsinə səbəb ola biləcək heç bir qanuni əsaslar göstərilməmişdir. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 04 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (səksən) manat cərimə edilmişdir. Belə olduğu halda məhəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1528/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1528/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver