Məhkəmə qərarları › İş №3(021)-1529/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1529/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1529/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Lənbəran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirməklə döymüşdür. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, 07 iyun 2023-cü il tarixdə Bərdə şəhər C.Məmmədquluzadə küçəsi mənzil 54-də aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Bərdə şəhər C.Məmmədquluzadə küçəsi ev 54-də yaşayır. 2004-cü il tarixdə qızı Şəhanə Həsənova Şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 övladları olmuşdur. Aralarında olan narazıçılığa görə 2016-cı il tarixdə Şəhanə Şəxs rəsmi olaraq boşanmışdır. Hazırda qızı Şəhanə onunla birlikdə yaşayır. 07 iyun 2023-cü il tarixdə saat təqribən 18 radələrində yaşadığı mənzildə olan zaman Mürvət gələrək oğlu Samirin harda olduğunu soruşmuşdur. O, Samirin harda olduğunu bilmədiyini Mürvətə demiş və bu zaman Mürvət onu itələdiyi üçün sol qol nahiyyəsi mənzilin giriş qapısına dəymişdir. Bundan sonra Mürvət onunla münaqişəni davam etməyərək həmin yerdən uzaqlaşmışdır. Hadisə, 07 iyun 2023-cü il tarixdə Bərdə şəhər Ü.Hacıbəyov küçəsində, yaşadığı mənzildə baş vermiş, hadisə zamanı Mürvət onu itələdiyi üçün sol qol nahiyyəsindən xəsarət almışdır. Hadisə 3-5 dəqiqə ərzində baş vermiş, hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Məhkəmədən Şəxs onu döyməsinə görə həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 07 iyun 2023-cü il tarixdə Bərdə şəhər C.Məmmədquluzadə küçəsi mənzil 54-də aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs döyməmişdir. X2 mübahisə zamanı sadəcə olaraq itələmişdir. Bu zaman o xəsarət almışdır. Məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs əməlindən peşman olduğunu nəzərə alaraq Şəxs barəsində həbslə bağlı olmayan cərimə təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 07 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bərdə rayon X9 Təhlükəsizlilk Bölməsinin təhqiqatçısı polis kapitanı X7 tərəfindən qəbul edilmiş 06 iyul 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə Bərdə rayon X9 Təhlükəsizlilk Bölməsinə göndərilmişdir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizanın 10 iyun 2023-cü il tarixli, 406 nömrəli rayon polis şöbəsinə 05 iyul 2023-cü il tarixdə daxil olmuş rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı, sağ saidin orta 1/3-nin arxa səthinin, sol ön təpə nahiyyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni, 07 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 07 iyun 2023-cü tarixdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində 03 oktyabr 2023-cü il tarixə Bərdə rayon X8 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı, qadınlara qarşı şiddətin yolverilməzliyini də nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 03 oktyabr 2023-cü il tarixdən saat 13:10-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar