Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1535/2022 01.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2022-ci il tarixdə Bərdə rayonu Kətəlparaq kəndində ictimai qaydanı pozmuş, yüksək səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, 30 noyabr 2022-ci il saat 20:00 radələrində radələrində Bərdə rayonu, Kətəlparaq kəndində Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis əməkdaşları xidmətdə olarkən bir nəfər şəxsin çay evinin qarışısında uca səslə nalayiq ifadələr işlətdiyi aşkar edilmişdir. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etsələrdə, sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakıları cəlb edirdi. Bu zaman polis əməkdaşları həmin şəxsi Bərdə rayon Polis Şöbəsinə dəvət edərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib ediləcəyini bildirsələrdə, o tabesizlik göstərməyə davam etmiş, əl qol hərəkətləri edərək uzağlaşmağ istədikdə polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmədən X1 barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 30 noyabr 2022-ci il saat 20:00 radələrində radələrində Bərdə rayonu, Kətəlparaq kəndində Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis əməkdaşı Rauf Şəmsəddinov ilə xidmətdə olarkən bir nəfər şəxsin çay evinin qarışısında uca səslə nalayiq ifadələr işlətdiyi aşkar edilmişdir. Həmin şəxsi nizamintizama dəvət etsələrdə, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakıları cəlb edirdi. Bu zaman polis əməkdaşları həmin şəxsi Bərdə rayon Polis Şöbəsinə dəvət edərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib ediləcəyini bildirsələrdə, o tabesizlik göstərməyə davam etmiş, əl qol hərəkətləri edərək uzağlaşmaq istədikdə polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 30 noyabr 2022-ci il saat 20:00 radələrində radələrində Bərdə rayonu, Kətəlparaq kəndində Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis əməkdaşı Rəşad Məhərrəmov ilə xidmətdə olarkən bir nəfər şəxsin çay evinin qarışısında uca səslə nalayiq ifadələr işlətdiyi aşkar edilmişdir. Həmin şəxsi nizamintizama dəvət etsələrdə, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakıları cəlb edirdi. Bu zaman polis əməkdaşları həmin şəxsi Bərdə rayon Polis Şöbəsinə dəvət edərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib ediləcəyini bildirsələrdə, o tabesizlik göstərməyə davam etmiş, əl qol hərəkətləri edərək uzağlaşmağ istədikdə polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında ona qarşı irəli sürülən ittihamla razı olaraq göstərdi ki, 30 noyabr 2022-ci il saat 20 radələrində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman polis əməkdaşları həmin şəxsi Bərdə rayon Polis Şöbəsinə dəvət edərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib ediləcəyini bildirsələrdə, o tabesizlik göstərməyə davam etmiş, əl qol hərəkətləri edərək uzağlaşmağ istədikdə polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Əməlindən səmimi peşmandır. Polislərdən üzr istəmişdir. Məhkəmədən həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 01 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 01 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu, Kətəlparaq kəndində ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və 4 azyaşlı uşağının olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində inzibati icraat aparılan şəxsə qanunun tələbləri izah edilərkən, Şəxs nəinki qanunun tələbləri ilə razılaşmamış, əksinə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan başqa xidməti vəzifələrini icra edən, mövcud qanun pozuntusunun qarşısını almağa çalışmış polis əməkdaşlarına müqavimət göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə, törədilmiş inzibati xətanın cəmiyyətdə yarada biləcək neqativ hallarını, cəmiyyətdə bərqərar olmuş ictimai dəyərlərə, vətəndaşla polis arasında təşəkkül tapmış qarşılıqlı inam və etibara zərbə vura biləcəyini nəzərə alıb Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini məqsədəmüavafiq hesab edir. Çünki inzibati tənbehin əsas məqsədləri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən saat 22:45-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1535/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1535/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver