Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1536/2023 10.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, protokolu tərtib etmiş Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirаkları ilə, xx.xx.1966-ci il tarixdə Bərdə rayon Böyük Qəcər kəndində anаdаn оlmuş, Bərdə rayon Böyük Qəcər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən MN №1683524 saylı xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X4 bildirdi ki, Şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyat məlumatı daxil olmuş, həmin məlumata görə Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X10 rayonu Bala Qǝcǝr kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə gətirmiş, onun narkotik vasitələrdən və psixotrop maddələrin istifadə edib etməməsinin müəyyən olunması məqsədi ilə narkoloji test müayinəsindən keçirilmiş. müayinə zamanı narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işi başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı kənd ərazisində qoyun otaran zaman mülkü formada olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişdirlər. Onun narkotik vasitələrin istifadəsində kifayət qədər şübhələrin olduğunu deyən zaman o, həmin polis əməkdaşlarına etiraf etmişdir ki. sonuncu dəfə təxminən 15 gün bundan qabaq narkotik vasitə olan qurudulmuş marixuana çəkmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gələn zaman özünü narkoloq kimi təqdim edən şəxs ondan sidik analizinin götürülməsinin vacib olduğunu demişdir. O, etiraz etmədən sidik analizi vermiş və analizin nəticəsi olaraq test cavabında qurudulmuş marixuana istifadə etməyi öz təstiqini tapmışdır. Bundan əlavə bildirdi ki, o narkotik alüdəçisi deyil. Həmin istifadə etdiyi qurudulmuş marixuananı təxminən 15 gün bundan qabaq qoyun otardığı otlaq sahəsinin kənarından sellofan bükülüsündə tapmışdır və həmin gündə hazırlayaraq istifadə etmişdir. Lakin o, əlavə olaraq istifadə etmək üçün hər hansı narkotik vasitə saxlamamışdır. Məhkəmədən etdiyi hərəkətdən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil məhkəmədən hüquqularını müdafiə etdiyi şəxsin yaşını, törətdiyi əməldən peşman olmasını nəzərə alınıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X10 rayonu Bala Qǝcǝr kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə gətirmiş, onun narkotik vasitələrdən və psixotrop maddələrin istifadə edib etməməsinin müəyyən olunması məqsədi ilə narkoloji test müayinəsindən keçirilmiş. müayinə zamanı narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işi başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Məkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 1235 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Şəxs sidik nümunəsində narkotik vasitə olan marixuana əlamətləri aşkar edilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(021)18/2021 nömrəli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasina məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin Şəxs narkoloji kabinetdə qeydiyyata alınması hökm olunmuşdur. Bədə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 151341/01 nömrəli Məlumatdan görünür ki, Şəxs cəzasının sonu ilə əlaqədar xx.xx.2023cü il tarixdə Bədə Rayon İcra və Probasiya Şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində xx.xx.2023-cü il tarixə Bərdə RPŞ-də İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 206-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, X6 İXM-in 206-cı mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 oktyabr 2023-cü il tаrixdən, saat 12:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1536/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1536/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver