Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1537/2022 05.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, protokolu tərtib etmiş icra məmuru X1, tələbkar X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X6 iştirakları ilə, xx.xx.1994-cü ildə Bərdə rayon Hüseynalılar kəndində anadan olmuş, Bərdə rayon Hüseynalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş, Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon İcra və X5 Qalib Fehruz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(021)-1871/2022 saylı icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat məbləğində aliment X9 ödənilməlidir. Həmçinin Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1040/2021 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs, X2 və X4 - 1 ədəd komplekt (sep klon ilə birlikdə 23 qram 750 əyarlı, bilərzik 1 ədəd, 9.4 qram 750 ǝyarlı, üzük birliyant qaşlı, 6 qram 750 ǝyarlı) 3450 manat, 1 ədəd nişan üzüyü brliyant qaşlı, 4,54 qram çəkidə 750 ǝyarlı 1300 manat və 1 ədəd hədiyyə edilmiş üzük 583 ǝyarlı 220 manat həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan, cəmi 4976 (dörd min doqquz yüz yetmiş altı) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X9 verilməlidir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Hazırda 750 manat aliment borcu və 4976 manat əmlaka borcu vardır. Buna görə də borclu Şəxs barəsində tərtib edilmiş protokol üzrə tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qızılları tələbkar X9 təqdim edirlər, ancaq o qəbul etmir. Aliment borcundan isə hazırda 300 manat ödəmişdir. Qalan borcunu da yaxın vaxtlarda ödəyəcəkdir. Həmçinin bildirdi ki, Rusiya Federasiyasından bir neçə gündür ki, gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X11 məhkəməyə ərizə verərək bildirdi ki, borclu Şəxs hazırda aliment borcundan 300 manat ödəmişdir, xx.xx.2022-ci il tarixə cəmi 450 manat aliment borcu qalmışdır. Qızıl tələbinə münasibətdə isə bildirdi ki, təqdim olunan qızıllar onun olmadığından qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ica sənədləri üzrə borcunu ödəməsindən yayınması müəyyən olunmadığından, həmçinin Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra hərəkətləri tam həyata keçirilmədiyindən Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, borclu qızılları təqdim etdiyini, lakin tələbkarın qəbul etmədiyini, tələbkar isə həmin qızılların özünə məxsus olmadığını bildirir. Buna görə də Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbkara borclu tərəfindən təqdim olunan qızılların icra vərəqəsində qeyd olunan qızıllar olub-olmamasına qiymət verilməsi üçün mütəxəssis dəvət olunmalıdır. Odur ki, anlaşılmazlıq aradan qaldırıldıqdan sonra yenidən icraya qiymət verilməlidir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibаti prоtоkоl tələbkarın ərizəsinə əsasən inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə rayon icra və probasiya şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1537/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1537/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver