Məhkəmə qərarları › İş №3(021)-1538/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1538/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1538/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bərdə rayonu Leninabad kəndində doğulmuş, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Hacallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 dekabr 2022-ci il tarixdə saat 20:40 radələrində Bərdə şəhəri Bakı küçəsində ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X9 izahatında göstərdi ki, 05 dekabr 2022-ci il tarixdə saat 20:20 radələrində Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə polis nəfərləri, polis serjantları Elgün Qarayev, Vadim Səfərov və Rəşad Məhərrəmov ilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pajarnının” dairəsində xidmədə olan zaman bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və etdiyi hüquq pozuntusunu həmin şəxsə izah edib nizam-intizama dəvət etsələrdə, həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi ictimai qaydanı pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib ediləcəyini və şəxsiyyətini müəyyən edilməsi üçün polis şöbəsinə dəvət etdilər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq idarə etdiyi “Vaz 2106” markalı avtomobilinə əyləşərək uzaqlaşmaq istəyən zaman həmin şəxsi saxlayıb maşında olan digər üç nəfər ilə rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, sürücü Bərdə rayonu, Hacallı kəndində yaşayan Şəxs, X7, X5 və X6r. X7, X5 və X3 şəxsiyyətləri və ailə vəziyyətləri nəzərə alınıb iltizamı alınaraq barəsində tədbir görülməsi üçün 06 dekabr 2022-ci il tarixdə saat 09:00 radələrində Bərdə rayon Polis Şöbəsinə gəlmələri barədə xəbərdarlıq edilərək buraxılmışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, 05 dekabr 2022-ci il tarixdə saat 20:20 radələrində Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə polis nəfərləri, polis serjantları Vadim Səfərov və Rəşad Məhərrəmov ilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pajarnının” dairəsində xidmədə olan zaman bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və etdiyi hüquq pozuntusunu həmin şəxsə izah edib nizam-intizama dəvət etsələrdə, həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi ictimai qaydanı pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə protokol tərtib ediləcəyini və şəxsiyyətini müəyyən edilməsi üçün polis şöbəsinə dəvət etdilər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq idarə etdiyi “Vaz 2106” markalı avtomobilinə əyləşərək uzaqlaşmaq istəyən zaman həmin şəxsi saxlayıb maşında olan digər üç nəfər ilə rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 05 dekabr 2022-ci il tarixdə saat 20:20 radələrində Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə polis nəfərləri, polis serjantları Elgün Qarayev və Rəşad Məhərrəmov ilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pajarnının” dairəsində xidmədə olan zaman bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və etdiyi hüquq pozuntusunu həmin şəxsə izah edib nizam-intizama dəvət etsələrdə, həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi ictimai qaydanı pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə protokol tərtib ediləcəyini və şəxsiyyətini müəyyən edilməsi üçün polis şöbəsinə dəvət etdilər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq idarə etdiyi “Vaz 2106” markalı avtomobilinə əyləşərək uzaqlaşmaq istəyən zaman həmin şəxsi saxlayıb maşında olan digər üç nəfər ilə rayon Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında ona qarşı irəli sürülən ittihamla razı olaraq göstərdi ki, 05 dekabr 2022-ci il tarixdə ona məxsus “Vaz 2106 Minik” markalı **-UF-*** olan dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli rayonundan Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhərində, Bakı küçəsində “Pajarnının” dairəsi adlı yerdə avtomobili saxlayaraq telefonla danışmağa başlamış və telefon danışığı zamanı əsəbi olduğundan uca səslə danışmış və nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Ona ictimai qayadanı pozmamağı və uca səslə nalayiq ifadələr işlətməməyi bildirmişlər. Əks halda polis bölməsinə aparılacağını və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib ediləcəyini bildirmişlər. Lakin Şəxs əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz qanunsuz əmələrini davam etdirmişdir. Bundan başqa o avtomobildə tək olmamış, ondan başqa 2 qız və 1 oğlan nəfəridə maşında olmuşlar. O, həmin an tanışlarının yanında pis olmamağ üçün avtomobilə əyləşərək ordan uzaqlaşmağ istəsədə polis əməkdaşları imkan verməmiş, maşına əyləşərək özünün razılığı ilə avtomobili Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Əməlindən səmimi peşmandır. Polislərdən üzr istəmişdir. Məhkəmədən həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 hüquqlarını müdafiə etdiyi şəxsin öz əməllərindən peşman olmasını nəzərə alıb, ona həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 06 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 05 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Bərdə şəhəri, Bakı küçəsində ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan həmin maddələrlə məsuliyyətə cəlb edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı Şəxs məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmiş, barəsində inzibati icraat aparılan şəxsə qanunun tələbləri izah edilərkən, Şəxs nəinki qanunun tələbləri ilə razılaşmamış, əksinə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan başqa xidməti vəzifələrini icra edən, mövcud qanun pozuntusunun qarşısını almağa çalışmış polis əməkdaşlarına aktiv müqavimət göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə, törədilmiş inzibati xətanın cəmiyyətdə yarada biləcək neqativ hallarını, cəmiyyətdə bərqərar olmuş ictimai dəyərlərə, vətəndaşla polis arasında təşəkkül tapmış qarşılıqlı inam və etibara zərbə vura biləcəyini nəzərə alıb Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini məqsədəmüavafiq hesab edir. Çünki inzibati tənbehin əsas məqsədləri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 05 dekabr 2022-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar