Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-154/2023 30.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs , Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 15 dekabr 2021-cü il tarixdə ərizə ilə Bərdə rayon Polis Şöbəsinə müraciət edərək Şəxs onu döyərək xəsarət yetirməsini bildirmişdir. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs 15 dekabr 2021-cü il tarixdə ərizə ilə Bərdə rayon Polis Şöbəsinə müraciət edərək məktəbin tarix müəlliməsi, hazırda işləməyən Şəxs işlədiyi Bərdə şəhəri 4 nömrəli tam orta məktəbin direktor otağına daxil olaraq onu nəlayiq söyüşlərlə söyüb təhqir etdiyini, cibində olan bıçağı çıxardaraq üstünə hücum etmiş və onun əlindən tutmağına baxmayaraq zor tətbiq edərək boğduğunu, onun səs küy salaraq başqa müəllimləri iş otağına çağırdığını, müəllimlərin köməkliyi ilə Şəxs iş otağından kənarlaşdırıldığını, Şəxs hücumu nəticəində üz və boyun nahiyəsindən müxtəlif xəsarətlər aldığını bildirmişdir. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Şəxs işlədiyi Bərdə şəhəri 4 nömrəli tam orta məktəbin direktor otağına daxil olaraq onu nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, cibində olan bıçağı çıxardaraq üstünə hücum etmiş və onun əlindən tutmağına baxmayaraq zor tətbiq edərək boğmuşdur. O səs küy salaraq başqa müəllimləri iş otağına çağırmış, müəllimlərin köməkliyi ilə Şəxs iş otağından kənarlaşdırılmışdır. Şəxs hücumu nəticəində üz və boyun nahiyəsindən müxtəlif xəsarətlər aldığını bildirmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 15 dekabr 2021-ci il tarixdə işlədiyi 4 saylı məktəbə getmiş və Tofiqə Məmmədovun yanına keçmişdir. O, onun yanında olanda demişdir ki, “yaşayışım çox pis vəziyyətdədir, mən işə gəlmək istəyirəm”. Zərərçəkmiş şəxs ona demişdir ki, “sən havadasan, sənə sinif verə bilmərəm”. Bu səbəbdən aralarında söz mübahisəsi baş vermiş və Zərərçəkmiş şəxs onun üstünə gəlib onu sinəsindən çölə tərəf itələmişdir ki, onu otaqdan çıxarda o, da onun üstünə gəlib sinəsindən itələmişdir. Məhkəmədən onun barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində 24 yanvar 2022-ci il tarixə Bərdə rayon X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, şəxs Şəxs 15 dekabr 2021-cü il tarixdə Bərdə şəhəri 4 nömrəli tam orta məktəbin direktor otağına daxil olaraq Zərərçəkmiş şəxs nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, cibində olan bıçağı çıxardaraq üstünə hücum etmiş və onun əlindən tutmağına baxmayaraq zor tətbiq edərək boğaraq ona xəsarət yetirmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, şəxs Şəxs Azırbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və şəxs Şəxs törətdiyi inzibati xətada təqsiri sübuta yetirilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və müddət keçməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın (müstəntiq X3 tərəfindən) surətindən görünür ki, hadisə 15 dekabr 2021-ci il tarixdə baş vermiş, sözügedən qərar 24 yanvar 2022-ci il tarixdə qəbul edilmişdir. Həmin qərar qəbul edildikdən sonra inzibati xəta haqqında protokol (sahə rəisi, polis kapitanı X6 tərəfindən) 30 yanvar 2023-cü il tarixdə tərtib edilmişdir. Yəni qanunla müəyyən edilmiş 03 aylıq müddət keçdikdən sonra tərtib edilmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, X1 törətdiyi inzibati xəta tərkibi iş materialları ilə təsdiq edilsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-154/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-154/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver