Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-154/2025 18.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X6, Zərərçəkmiş şəxs , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1980-cı il tarixdə anаdаn оlmuş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN №1933925 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə şəhər Bakı küçəsində yerləşən OBA marketdən 120 manat dəyərində yağ oğurlamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin polis sahə rəisi X11 bildirdi ki, Şəxs dostları ilə birlikdə Ağcabəsi rayonundan Bərdə rayonuna gəldikdə Bərdə şəhəri Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs müdiri olduğu “Oba” marketdən 120 manat dəyərində kərə yağı oğurlamışdır. Buna görə də tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Bərdə şəhəri Bakı küçəsində yerləşən olduğu “Oba” marketə tək girmişdir. Həmin marketdən yağ götürmüşdür. Əməlindən peşmandır. Himayəsində 13,15 və 17 yaşlarında olan 3 övladı vardır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən olduğu “Oba” marketdə mağaza müdiri işləyir. xx.xx.2025-ci i tarixdə 16:30 radələrində işdə olmadığı vaxt ona xəbərdarlıq edərək bildirmişdirlər ki, marketdə oğurluq hadisəsi olmuşdur. O, mağazaya gəlib müşahidə kamerasına baxdıqda yağ oğurlandığını görmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci tarixli qərarından görünür ki, Bərdə rayonu Bəcirəvan kəndində yaşayan X8 xx.xx.2025-ci il taixdə DİN-nin 102 xidmətinə zəng edərək, müdiri işlədiyi “Oba” marketdən naməlum şəxsin 60-70 manat dəyərində kərə yağları oğrulaması barədə məlumat vermişdir. Bundan başqa Bərdə rayonu Lək kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, müdiri işlədiyi “Oba” marketdən naməlum şəxslərin 120 manat dəyərində kərə yağları oğrulaması barədə məlumat vermişdir. Bundan başqa Bərdə şəhəri Q.B. Zakir küçəsi ev 4-də yaşayan X10 xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, müdiri işlədiyi “Oba” marketdən naməlum şəxslərin 3 ədəd kərə yağı oğrulaması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X1 X15 şəhəri Bakı küçəsində yerləşən X4 müdiri olduğu Oba” marketə daxil olaraq hər biri 1 ədəd kərə yağı oğurlayaraq ümumilikdə 50 manat maddi ziyan vurmuşdurlar. X9, Bərdə şəhəri Bakı küçəsində Zərərçəkmiş şəxs müdiri olduğu “Oba” marketə daxil olaraq 1 ədəd kərə yağı oğrulayaq 25 manat maddi ziyan vurmuş bundan əlavə o, Bərdə rayonu 588 saylı yeni qəsəbə ərazisində yerləşən X7 müdiri olduğu "Oba” marketə daxil olaraq ordan iki ədəd kərə yağı oğurlamaqla ümumilikdə 50 manat maddi ziyan vurmuşdur. X18, Bərdə şəhəri Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs müdiri olduğu “Oba” marketdən 1 ədəd kərə yağı oğurlayaraq 25 manat maddi ziyan vurmuş, bundan əlavə Bərdə rayonu 588 saylı Yeni qəsəbədə yerləşən Şəhriyar Xudayinin müdiri olduğu “Oba” marketdən 1 ədəd yağ götürərək mağazaya 25 manat maddi ziyan vurmuşdur. Şəxs Bərdə şəhəri Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs müdiri olduğu mağazadan 2 ədəd kərə yağı oğurlamaqla mağazaya 50 manat maddi ziyan vurmuşdur. Toplanmış material üzrə naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan İnzabati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 20 (iyirmi) gün inzibati tənbeh-həbs tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 17 mart 2025-ci il tаrixdən, saat 15:00–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 mart 2025-ci il tаrixdən, saat 15:00–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-154/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-154/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver