Məhkəmə qərarları › İş №3(021)-1540/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1540/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1540/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən 06 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X5 bildirdi ki, məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:35 radələrində yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən yaşayış evinin qarşısında saxlanılaraq yaşadığı evə və həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən evinin həyətyanı sahəsində olan yardımçı tikilidəki stolun üzərindən 01 ədəd kibrit qutusunda ümumi çəkisi 4,43 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, araşdırma zamanı aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından çox olmamaqla cinayət tərkibi yaratmadığından, həmçinin Şəxs narkotik vasitə olan qurudulmuş marixuananın əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət etmədiyindən barəsində cinayət təqibinə xitam verilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 06 dekabr 2022-ci il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs ifadəsində əməlindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs vəkili Vəkil Şəxs həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs tərəfindən narkotik tərkibli qurudulmuş maruxuananın şəxsi istehlak miqdarında hazırlanması və saxlanması aşkar olunmuşdur. Bərdə RPŞ TB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 10 noyabr 2022 il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:35 radələrində yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən yaşayış evinin qarşısında saxlanılaraq yaşadığı evə və həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı Şəxs yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən evinin həyətyanı sahəsində olan yardımçı tikilidəki stolun üzərindən 01 ədəd kibrit qutusunda ümumi çəkisi 4,43 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, araşdırma zamanı aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından çox olmamaqla cinayət tərkibi yaratmadığından, həmçinin Şəxs narkotik vasitə olan qurudulmuş marixuananın əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət etmədiyindən barəsində cinayət təqibinə xitam verilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, Məhkəmə Ekspertiza Mərkəzinin X4 xx.xx.2022-ci il tarixli 16/1240 nömrəli rəyindən görünür ki, “Şəxs götürülmüş maddi sübut” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 1,42 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs yaşadığı evdən 1.42 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində xx.xx.2022-ci il tarixə Bərdə RPŞ-də İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar