Məhkəmə qərarları › İş №3(021)-1541/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1541/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1541/2022 21.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı 10 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı 10 noyabr 2022-ci il tarixli qərarı ilə X2 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X9 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı 10 noyabr 2022-ci il tarixli qərarı qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 10 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, o, Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyəti torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsində iştitrak etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə fiziki şəxs qismində 2.000 (iki min) manat cərimə edilmişdir. Lakin qərar etibarsızdır. Şöbənin vəzifəli şəxslərinin qanunsuz qərar qəbul etməklə fiziki şəxs qismində 2.000 manat cərimə edilməyi,bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməsini və inzibati xəta hadisəsi törədilmədiyindən hazirki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, o, fəhlə işləyir. 21 sentyabr 2022-ci il tarixdə Bərdə rayonu 588 saylı qəsəbədə bina 10 mənzil 7-də yaşayan Muradov Oktay adlı şəxs ona bildirmişdir ki, Bərdə rayon “Taxta-Şalban” bazarı adlı yerdə taxta satır. Bu səbəbdən Naftalan şəhərində yerləşən sonradan adını bildikləri "xxxx" MMC-nin həyətində olan quru ağacların kəsilməsinə icazə almışdır. X9 və digər bir nəfər fəhlə ilə Oktay Muradovun tapşırığına əsasən Naftalan şəhərinə getmişlər. Ağacları kəsən zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək onlara bildirmişlər ki, sözügedən ağacların kəsilməsinə görə heç bir icazə alınmayıb və bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə onlara protokol tərtib edilmiş və 2.000 manat dəyərində cərimə tətbiq etmişlər. Qeyd etdiyi kimi onun sözügedən işə, ağacların kəsiminə heç bir aidiyyəti olmamışdır. Oktay Muradovun tapşırığı əsasında işləri həyata keçirmişlər. Oktay Muradovun ağacları qanunsuz kəsməsi barədə məlumatları olmayıb. Ancaq fəhlə kimi işləyib, bunun da müqabilində haqqını almışdır. Göstərilənlərə əsasən məhkəmədən xahiş edir ki, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, 10 noyabr 2022-ci il tarixli inzibati tənbeh haqqında qərarı ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X9 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək verilmiş şikayətin təmin edilməsini, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin tərtib etdiyi MN № ******* saylı 10 noyabr 2022-ci il tarixli qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi iştirakı təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli və materiallar yenidən araşdırılması üçün inzibati protokol tərtib etmiş orqana geri gaytarılmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məlum olmuşdur ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsin şəxsiyyəti düzgün araşdırılmamış, materiallar natamam formada toplanmışdır. Belə ki, barəsində inzibati icraat aparılan şəxsin sözgedən ərazidə kimin tapşırığı ilə ağacları kəsməsi, tapşırıq verən şəxslə aralarında hansı hüquq münasibətlərinin olması, Muradov Oktay adlı şəxsin kimliyi səlahiyyətli orqan tərəfindən müəyyən edilməmişdir. İnzibati xəta üzrə məsuliyyətə cəlb olunmalı bütün şəxslər cəlb olunmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 10 avqust 1978-ci ildə Kəlbəcər rayonu, Ağqaya kəndində doğulmuş, Bərdə rayonu, Yeni qəsəbə 13/26 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 10 noyabr 2022-ci tarixli qərarın surətindən görünür ki, 27 oktybar 2022-ci il tarixli, MN № ******* saylı protokolla X3 şəhəri Nizami küçəsində "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarını müvafiq icazə sənədi olmadan qanunsuz olaraq kəsmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 10 noyabr 2022-ci tarixli qərarın surətindən görünür ki, Naftalan şəhəri Nizami küçəsində "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağacların kəsilməsinə görə X2 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 28 oktyabr 2022-ci il tarixli X5 ünvanlanmış məktubun surətindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tərtib edilmiş inzibati materialların 10 noyabr 2022-ci il tarixdə saat 10:30-da baxılması ilə əlaqədar xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 11 noyabr 2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, X9 "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyətli torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarını kəsilərək məhv edilməsi nəticəsində təbiətə vurduğu 2000 (iki min) manat məbləğində ziyanı 1 ay müddətində könüllü olaraq ödəməsi ilə bağlı xəbərdar olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol səthi tərtib edilmiş və heç bir şahid izahatı alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını təsdiq edən kifayət qədər dəlillər iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məlum olmuşdur ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsin şəxsiyyəti düzgün araşdırılmamış, materiallar natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. inzibati xəta üzrə məsuliyyətə cəlb olunmalı bütün şəxslər cəlb olunmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli Qərarının 2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qərarda imperativ qaydada müəyyən edilən digər vəzifə ondan ibarətdir ki, fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qərara əsasən yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti; fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; yaşıllığın götürülməsinin əsaslandırılması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı 10 noyabr 2022-ci il tarixli qərarı qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsinin rəisi X8 tərəfindən 10 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, o, Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyəti torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsində iştitrak etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsi ilə fiziki şəxs qismində 2.000 (iki min) manat cərimə edilmişdir. Lakin qərar etibarsızdır. Şöbənin vəzifəli şəxslərinin qanunsuz qərar qəbul etməklə fiziki şəxs qismində 2.000 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 10 noyabr 2022-ci il tarixli, MN ******* saylı araşdırılması üçün materiallarla birlikdə inzibati xəta haqqında protokol tərtib etmiş orqana qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 10 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. Barəsində inzibati icraat aparılan X9 barəsində toplanılmış material araşdırılması üçün inzibati xəta haqqında protokol tərtib etmiş orqana qaytarılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim lsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar