Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1542/2022 15.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs) X1 iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarı ilə X4 İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib, 2000 (iki min ) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən Naftalan şəhəri Nizami küçəsində yerləşən "xxxx" MMC-nin istifadəsində olan dövlət mülkiyyəti olan torpaq sahəsində quru vəziyyətdə olan şam ağaclarının qanunsuz kəsilməsində iştirak etməsini əsas gətirərək onun barəsində 2000 manat cərimə olunmasına dair MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərar tərtib edilmişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, o fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, 588 saylı qəsəbə, bina 10, mənzil 7-də yaşayan Muradov Oktay adlı şəxs ona bildirmişdir ki, Bərdə rayon “Taxta-Şalban” Bazarı adlı yerdə taxta satır. Bu səbəbdən də Naftalan şəhərində yerləşən sonradan adını bildiyi "xxxx" MMC-nin həyətində olan quru ağacların kəsilməsi üçün icazə almışdır. O və digər bir nəfər fəhlə ilə həmin ağacları kəsmək üçün Oktay Muradovla birlikdə Naftalan şəhərinə getmişlər. Ağacları kəsən zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrkən onlara məlum olmuşdur ki, həmin ağacların kəsilməsi üçün heç bir icazə alınmayıb. Bu səbəbdən də onları 2000 manat cərimə etmişlər. Hesab edir ki, o ağacları kəsmək üçün Oktay Muradovun tapşırığı əsasında getmiş və fəhlə olaraq öz işini görmüşdür. Bu səbəbdən də onun barəsində olan qərar tam qanunsuzdur. Bu səbəbdən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və Təbii Sərvətlər İdarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayətdə qeyd edilən məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X4 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından qanunla müəyyən edilmiş şikayət müddəti şikayət verən şəxs tərəfindən üzürsüz səbəbdən buraxılmışdır və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X2 geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 qərardan şikayət vermə müddətini buraxmasının üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayət vermə müddəti şikayət verən şəxs X4 tərəfindən üzürsüz səbəblərdən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 X5 və Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1542/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1542/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver