Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1542/2023 13.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, protokolu tərtib etmiş Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1997-ci il tarixdə Bərdə rayon Gərənə kəndində anаdаn оlmuş, Bərdə rayon Gərənə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 13 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X7 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətindən Bərdə Rayon Polis Şöbəsinə Bərdə rayon Gǝrǝnə kəndində yaşayan Zərərçəkmiş şəxs Anar adlı şəxsin onu döyməsi barədə, xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayon Gǝrǝnə kəndində yaşayan Şəxs Hökmüdar oğlunun xx.xx.2023-cü il tarixdə Bərdə rayon Gərənə kəndində aralarında yaranan mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs onu döyməsi barədə məlumat daxil olmuş, həmin məlumatlar əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Gǝrǝnə kəndində, həmin kənd sakini Şəxs Hökmüdar oğlu ilə həmkəndlisi Zərərçəkmiş şəxs qarşılıqlı dava edərək bir-birlərini döymüşlər. Dava nəticəsində Zərərçəkmiş şəxs boyun, bel nahiyələrinin, sol və sağ diz oynağının ön səthlərinin, döş qəfəsinin sol yarısının piqmentasiya sahələri, döş qəfəsinin sol yarısının, sağ ve sol baldır orta 1/3-nin ön səthlərinin bel və boyun nahiyələrinin qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət, Şəxs isə sağ əlin 5-ci barmağının sol yan səthinin səthi əzilmiş yarası ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət almışdır. Həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmamışdır. Ona görə də əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X2 göndərilmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bərdə rayon Gǝrǝnə kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs həmkəndlisidir və sonuncunun xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə etdiyi şikayətlə tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə atası Hökmüdar Cəfərov ilə birlikdə yaşadığı evin həyətyanı sahəsində olan zaman bacısı X3 və sonuncunun əri X1 idarə etdiyi Vaz 21074 markalı avtomobil ilə gəlmişlər. Azər Balızadə və Aygün Balızadə avtomobildən enmiş və təqribən 3-5 dəqiqə sonra həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ucadan danışaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs onları görən kimi, onun, atası Hökmüdar Cəfərovun və Azər Balızadənin ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin, o, Orxanın sərxoş oluğu və bacısı Aygün Balızadə orada olduğu üçün Zərərçəkmiş şəxs hərəkətlərinə əhəmiyyət verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onların yanından getmişdir. Atası, Azər və bacısı Aygün evə daxil olmuşlar. O, həyətdə təqribən 3-5 dəqiqə dayanmış və Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək sərxoş vəziyyətdə onları təhqir etdiyi üçün əsəbləşərək qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs ilə görüşərək onları təhqir etdiyi üçün onunla söhbət etsin. Avtomobili olmadığı üçün evə daxil olmuş və Azərdən avtomobilinin açarını verməsini bildirmişdir. Lakin, avtomobilin açarını hansı səbəbdən istəməyi barədə Azərə heç nə deməmişdir. Açarı Azərdən aldıqdan sonra onun avtomobilinə əyləşərək Orxanın yaşadığı evə doğru hərəkət etmiş və yolda Orxan Zeynalını görmüş və avtomobilə əyləşməsini bildirmişdir. Orxan avtomobilə əyləşmiş və avtomobili idarə edərək kənd ərazisində yerləşən qəbirstanlığa getmişdir. Avtomobildən düşən kimi Orxan Zeynaliidan onun yaşadığı evə gələrək onu ve ailə üzvlərini təhqir etməsinin səbəbini soruşmuşdur. O, "yaxşı edirəm, nə istəyirəm onuda edirəm" deyərək kobud cavab vermiş və əli ilə onun sinəsindən itələmişdir. Bu zaman o, Orxanın boyun nahiyyəsindən tutaraq onu yerə yıxmış və yerdə olan zaman yumuruqla Orxanın sifət və hər iki ayaq nahiyyərindən vurmuşdur. Daha sonra Orxan onun sağ əlinin 5-ci barmağını dişlədiyi üçün o qışqırmış və atası Hökmüdar Cəfərov ilə əmisi Zaur Cəfərovun gəldiklərini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs yerde o isə sonuncunun üzərində olmuşdur. Atası və əmisi Zaur Cəfərov onu Orxanın üzərindən götürmüş və onlar həmin yerdən uzaqlaşmışdır. Həmin vaxt Azər Balızadə onlarla birlikdə olmamış, Azərlə Zərərçəkmiş şəxs arasında dava-dalaş olmamış, Azər Orxanı vurmamış və xəsarət yetirməmişdir. Orxanı o vurmuş və xəsarət yetirmişdir. Həmçinin, atası Hökmüdar və əmisi Zaur sonradan onların yanına gələrək onları sakitləşdirmiş, lakin həmin şəxslərin Orxanla aralarında dava- dalaş olmamış, Orxanı vurmamış və xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Şikayət və tələbi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətdiyi və onun sağ əlinin 5-ci barmağını dişlədiyi üçün barəsində tədbir görülməsidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayon Gərənə kəndində yaşayır və 4-cü Hərbi polis bölməsində patrul nəfəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçudur. xx.xx.2023-cü il tarixdə təqribən saat 16 radələrində yaşadığı kənd ərazisində avtomobil yolunu keçmək istəyən zaman X11 idarə etdiyi Vaz21074 markalı avtomobili onun qarşısında saxlamış və sonuncu qaz ve eyləcdən istifadə etdiyi üçün ona bu barədə öz iradını bildirmişdir. X15 rayon polis şöbəsinin əməkdaşı olduğunu deyərək ünvanına kobud ifadələr işlətmişdir. Lakin, onun ailə üzvləri avtomobildə olduğu üçün mübahisəni davam etməyərək həmin yerdən uzaqlaşmışdır. Yaşadığı evə çatan zaman Azər Balızadənin avtomobilini idarə edən həmkəndlisi Anar Cəfərov avtomobildə əyləşməyini demişdir. O, avtomobilə əyləşmişdir. Daha sonra Anar yeznəsi Azər Balızadəni yoldan götürmüş və onlar kənd ərazisində yerləşən qəbirstanlığa getmişdir. Anarın atası Hökmüdar və əmisi Zaur onların yanında gəlmişdir. Həmin şəxslər onunla mübahisə etmiş və mübahisə zamanı Azər boğaz nahiyyəsindən tutaraq onu yerə yıxmışdır. Yerdə olan zaman Azər, Anar, Hökmüdar və Zaur adlı şəxslər yumuruq və təpiklə sol gözünün alt nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdurlar. Atası Xəqani gələrək onları saitləşdirmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə rayon Gərənə kəndində baş vermişdir. Hadisə zamanı Azər Balızadə onun boğaz nahiyyəsindən tutaraq yerə yıxmış, yerdə olan zaman Azər, Anar, Hökmüdar və Zaur adlı şəxslər yumuruq və təpiklə bədəninn müxtəliff nahiyyələrindən vurmuşdular. Hadisə zamanı o, Anarın sağ əlinin 5-ci barmağını dişləməmişdir. Hadisə 5-8 dəqiqə ərzində baş vermişdir. Hazırda barışmamışlar. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Bərdə rayonu Gərənə kəndində Zərərçəkmiş şəxs ilə qarşlıqlı dava edərkən ona fiziki ağrı yetirmişdir. Bərdə RPŞ TB-nin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətindən Bərdə rayon polis şöbəsinə Bərdə rayon Gǝrǝnə kəndində yaşayan Zərərçəkmiş şəxs Anar adlı şəxsin onu döyməsi barədə, xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayon Gǝrǝnə kəndində yaşayan Şəxs Hökmüdar oğlunun xx.xx.2023-cü il tarixdə Bərdə rayon Gərənə kəndində aralarında yaranan mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs onu döyməsi barədə məlumat daxil olmuş, həmin məlumatlar əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Gǝrǝnə kəndində, həmin kənd sakini Şəxs Hökmüdar oğlu ilə həmkəndlisi Zərərçəkmiş şəxs qarşılıqlı dava edərək birbirlərini döymüşlər. Dava nəticəsində Zərərçəkmiş şəxs boyun, bel nahiyələrinin, sol və sağ diz oynağının ön səthlərinin, döş qəfəsinin sol yarısının piqmentasiya sahələri, döş qəfəsinin sol yarısının, sağ ve sol baldır orta 1/3-nin ön səthlərinin bel və boyun nahiyələrinin qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət, Şəxs isə sağ əlin 5-ci barmağının sol yan səthinin səthi əzilmiş yarası ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət almışdır. Həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmamışdır. Ona görə də əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X2 göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 661 saylı rəyindən görünür ki, Şəxs Hökmüdar oğlunun məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ əlin 5-ci barmağının sol yan səthinin səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin həmin qərardan görünür ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 681 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər boyun, bel nahiyələrinin, sol və sağ diz oynağının ön səthlərinin, döş qəfəsinin sol yarısının piqmentasiya sahələri, döş qəfəsinin sol yarısının, sağ və sol baldır orta 1/3-nin ön səthlərinin bel və boyun nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü hərbi polis bölməsinin 1-ci hərbi polis taqımının 2-ci hərbi polis manqasının patrul nəfəri vəzifəsində xidmət edir. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 215.4-cü maddəsində qeyd olunur ki, müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır. Zərərçəkmiş şəxs hərbi qulluqçu olmasını nəzərə alınaraq toplanmış materialdan onun barəsində material ayrılaraq araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Ağdam Hərbi Prokurorluğuna göndərilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Toplanmış material üzrə araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 13 oktyabr 2023-cü il tarixə Bərdə RPŞ-də İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə iclasında tərəflərin barışmasına cəhd edilməsi ilə bağlı zərərçəkmiş şəxsin mövqeyi yumşalsa da, Şəxs barışmağa cəhd etmədi. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, X9 İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 oktyabr 2023-cü il tаrixdən, saat 16:40–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1542/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1542/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver