Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1543/2022 07.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X9 iştirakları ilə, xx.xx.1952-ci ildə Bərdə rayon Nazırlı kəndində anadan olmuş, Bərdə rayon Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.3cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Yol Patrul Xidmətində 07 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X7 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində yaşayan X8 DİN-nin 102 xidmətinə müraciət edərək VAZ 2106 markalı 10ES557 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus 1 baş inəyi vurub öldürməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Onun əməlində cinayət tərkibi olmadığından 15 noyabr 2022-ci il tarixli qərarla barəsində cinayət işinin başlanması rədd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir. Tərəfindən İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 07 dekabr 2022-ci il tarixdə İXP ******* sayli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində X5 məxsus VAZ 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil ilə mağazaya getmək üçün evdən çıxmış və Bərdə rayon Şatırlı kəndində olan mağazaya getmişdir. O, mağazadan çıxmış və Bərdə rayon Nazırlı kəndinə tərəf getmişdir. Kənd arası yolda yolun sol tərəfi ilə 3 baş inək gəldiyini, inəklərin arxası ilə isə bir nəfər şəxs inəkləri apardığını görmüşdür. O, inəklərə çatanda iki baş inək onun sol tərəfi ilə getmiş, lakin arxadan gələn inǝyǝ inəyi aparan şəxs əlində olan ağacla vurmuş, həmin vaxt inək maşının üstünə gəlmişdir. O, inəyi vurmamaq üçün əyləci basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. İnək maşının ön tərəfindən dəymiş və 2- 3 metr qabağa düşmüşdür. Daha sonra inək ayağa durmuş və bir qədər getdikdən sonra yolun sağ tərəfində oturmuşdur. O, həmin vaxt avtomobili təxminən 40-50 km/saat surətlə idarə etmiş, həmin gün saat 12 radələrində 0.5 litr pivə içmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, hadisə zamanı inəyi ölmüşdür, inəyin pulunu tələb edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM- 334.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işininin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində yaşayan X8 DİN-nin 102 xidmətinə müraciət edərək VAZ 2106 markalı 10ES557 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus 1 baş inəyi vurub öldürməsi barədə məlumat vermiş, həmin əmlumat əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPBnə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur, "Vaz 2106" markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur və etibarnamə ilə X3 etibar edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayonu Yol Patrul Xidmətinin baş inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş 05.11.202-ci il tarixli, 1371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Şəxs orta dərəcəli sərxoşluq əlaməti olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Bundan sonra onun barəsində İXM-in 334.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.1-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs həmin maddələr ilə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1543/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1543/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver