Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1544/2022 09.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş şəxslər X8 və X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4 və X2 iştirаkları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Qaraqoyunlu kəndində yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.5 və 157-ci maddələrində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Bərdə rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 332.5 və 157-ci mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı və MN ******* saylı prоtоkоllar tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 3(021)-1544/2022 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5 və 157-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1544/2022 saylı və 3(021)-1547/2022 saylı inzibati xəta haqqında işlər birləşdirilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayonu Polis Şöbəsinin DYP X15 Xidmətinin baş inspektoru X8 izahatında göstərdi ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə- Ağcabədi avtomobil yolunda idarə edərək sərnişin daşıma ilə məşğul olmuşdur. Lakin Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsini sərnişin daşımaqla idarə edilməsi halına yol verərək İXM-nin 332.5.-ci maddəsinə nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı X10 izahatında göstərdi ki, Bərdə rayonu, Qaraqoyunlu kənd sakini Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bərdə-Ağcabədi yoluna çıxmaq istəyərkən, Ağcabədi istiqamətində hərəkətdə olan VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ona yaxın və uzaq işıqlarla işıq vurmuşdur. Buna görə də həmin avtomobili Bərdə rayonu, Mirzalıbəyli kəndi ərzaisində saxlatmış, avtomobil sürücüsü X4 və həmin avtomobildə sərnişin olan X7 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı başı ilə X1 burun nahiyəsindən, həmçinin X2 gözaltı nahiyəsindən vuraraq onlara xəsarət yetirmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Əmələ hüquqi qiymət verilməsi və barəsində tədbir görülməsi üçün Şəxs məhkəməyə gətirilmişdir. Odur ki, Şəxs barəsində qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü qismən təqsirli bilərək göstərdi ki, Bərdə rayonu, Qaraqoyunlu kənd sakinidir. Bərdə-Qaraqoyunlu istiqamətində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avomobillə sərnişin daşıma ilə məşğul olur. 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bərdə- Ağcabədi yoluna çıxmaq istəyərkən, Alpoud kəndi istiqamətində hərəkətdə olan VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ona yaxın və uzaq işıqlarla işıq vurmuş, həmçinin ona qarşı söyünc etmişdir. Buna görə də həmin avtomobili Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində saxlatmış, avtomobil sürücüsü X4 və həmin avtomobildə sərnişin olan X3 iradını bildirərkən, onlarla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı başı ilə X1 burun nahiyəsindən, həmçinin X2 gözaltı nahiyəsindən vuraraq onlara xəsarət yetirmişdir. Həmin iş üzrə araşdırma aparılmış, əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Buna görə də barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Bundan başqa sürücülük hüququ olmadan 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə-Ağcabədi avtomobil yolunda idarə edərək sərnişin daşıma ilə məşğul olduğuna görə barəsində Bərdə rayonu Polis Şöbəsinin DYP X15 Xidmətinin baş inspektoru X8 tərəfindən İXM-nin 332.5-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hazırda əməlini etiraf edir və əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, Ağdaş rayonu, Yenikənd kənd sakinidir. 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Magistral yolda Ağcabədi istiqamətində VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissədə X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avomobil onun yoluna çıxmış və qəza şəraiti yaratmışdır. X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücüyə səs siqnal vermişdir. Həmin avtomobilin sürücüsü Şəxs avtomaşını onun avtomobilinin qarşısına sürmüş, saxlamağa məcbur etmişdir. Sonra idarə etdiyi avtomobili saxlatmış, Şəxs ona yaxınlaşaraq mübahisə etmişdir. Sonra avtomobilə oturub yoluna davam etmişlər. Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü yenə onu saxlatmış, yaxınlaşaraq yumruqla bədən nahiyyəsindən, başı ilə burun nahiyyəsindən vurmuşdur. Sonra atası X2 gözünün alt nahiyyəsindən Şəxs başı ilə vuraraq ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ağdaş rayonu, Yenikənd kənd sakinidir. 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Magistral yolda Ağcabədi istiqamətində X16un idarə etdiyi VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuşdur. Hərəkətdə olarkən Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissədə X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avomobil onların yoluna çıxmış və qəza şəraiti yaratmışdır. X16 X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücüyə səs siqnalı vermişdir. Həmin avtomobilin sürücüsü Şəxs avtomaşını onların avtomobilinin qarşısına sürmüş, saxlamağa məcbur etmişdir. X14 idarə etdiyi avtomobili saxlatmış, Şəxs onlara yaxınlaşaraq mübahisə etmişdir. Sonra avtomobilə oturub yollarına davam etmişlər. Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü yenə onları saxlatmış, yaxınlaşaraq X16un bədən nahiyyəsindən yumruqla, başı ilə də burun nahiyyəsindən vurmuşdur. Sonra onun gözünün alt nahiyyəsindən başı ilə vuraraq ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 332.5 və 157-ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN №1588163 nömrəli protokoldan görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X1 burun nahiyəsindən, həmçinin X2 gözaltı nahiyəsindən vuraraq onlara xəsarət yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Bərdə rayonu Polis Şöbəsinin DYP X15 Xidmətinin baş inspektoru X8 tərəfindən tərtib edilmiş İXP № ******* nömrəli protokolda görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə- Ağcabədi avtomobil yolunda idarə etməklə, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi halına yol verərək İXM-nin 332.5-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bərdə RPŞ İB-nin müstəntiqi, X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 noyabr 2022-ci il tarixli qərarına əsasən X1 və X2 müraciəti əsasında toplanmış HK-1/4457 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 864 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 20 oktyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 864 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol almacıq nahiyyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 20 oktyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X1 burun nahiyəsindən, həmçinin X2 gözaltı nahiyəsindən vuraraq onlara xəsarət yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Həmçinin Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X9 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə-Ağcabədi avtomobil yolunda idarə etməklə, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi halına yol verərək İXM-nin 332.5-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаların xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Həmçinin, bir neçə inzibati xəta törətdiyinə görə inzibati xəta törədən Şəxs barədə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya olan İXM-in 157-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən peşiman olmasıdır. Şəxs əməlində İXM-in 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXMin 332.5 və 157-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində ciddi xəta olan 157-ci maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi yolu ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5 və 157-ci maddələri ilə təqsirli bilinib İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 157-ci maddəsi ilə bаrəsində 20 (iyirmi) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında inzibati həbsə alınsın. Həbs etmənin əvvəli 09 dekabr 2022-ci il tаrixdən, sааt 17:55-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxslərə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1544/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1544/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver