Məhkəmə qərarları › İş №3(021)-1544/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1544/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1544/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4 iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Kəlbəcər rayonu Milli kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu Milli kəndində qeydiyyatda olan və Bərdə rayonu Kələntərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 avqust 2023-cü il tarixdə X1 döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, əvvəllər evli olmuş, lakin arvadı ilə olan nikahları rəsmi qaydada pozulmuşdur. Zərərçəkmiş şəxs ilə təqribən 9 ay sevgi münasibətində olmuş, onunla ər-arvad kimi birlikdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən fərdi yaşayış evində olarkən aralarında mübahisə olmuşdur. Mübahisənin səbəbi isə Zərərçəkmiş şəxs ondan kəbin kəsdirməsini istəməsi olmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə sillə ilə bir dəfə vurmuş və daha sonra həmin yerdən uzaqlaşaraq getmişdir. Səhvini başa düşür, əməlindən peşimandır, Zərərçəkmiş şəxs üzr istəyir və onu bağışlamasını xahiş edir. Zərərçəkmiş şəxs ilə barışıb onunla ailə həyatı qurmaq niyyətindədir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs ilə təxminən bir ildir ki, qeyrirəsmi sevgi münasibətindədir. Bir müddət ər-arvad kimi birlikdə yaşamışlar. Birlikdə olduqları müddətdə Şəxs dəfələrlə onu aldatmış və bu səbəbə görə mübahisə edib ayrılmışlar. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bərdə şəhəri Zöhrabbəyov küçəsində yaşadığı ünvanda evinin giriş qapısını bağlamasına baxmayaraq Şəxs yaşadığı ünvanın divarından aşaraq icazəsi olmadan onun yaşadığı ünvana gəlmişdir. O, əlində olan kiçik qapağı Habilin üzərinə atmış, bundan sonra Şəxs yumruqla onun sol göz nahiyəsinə zərbə endirmiş, Habilin zərbəsindən sonra huşunu itirmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs Bərdə şəhəri Zöhrabbəyov küçəsində evində sonuncu ilə dalaşaraq yumruqla onun sol göz nahiyəsinə zərbə endirərək döymüşdür. Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Bərdə RPŞ Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/3473 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin izahatı, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 sentyabr 2023cü il tarixli qərar, inzibati xəta haqqında 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, o cümlədən, Kəlbəcər rayonundan məcburi köçkün olmasıını, zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışmağa cəhd etməsini, məsuliyyətini yüngülləşdirən halı, habelə bir daha hər hansı qanun pozuntusu törətməyəcəyinə vəd verməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. “İnzibati qaydada tutma haqqında” 15 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 1500-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, Şəxs 15 oktyabr 2023-cü il saat 1500-dən inzibati qaydada tutulmasını nəzərə alaraq təyin edilən cərimə növündə inzibati tənbehin yüngülləşdirilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 450 (dörd yüz əlli) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar