Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1545/2023 25.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin nümayəndəsi X7 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin 14 sentyabr 2023-cü tarixli, MN № ******* saylı qərarından şikayətçi X6 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin 14 sentyabr 2023-cü tarixli, MN № ******* saylı qərarı ilə X10 Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin 14 sentyabr 2023-cü tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Hacallı kəndində yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17 tərəfindən onun ünanına 09 oktyabr 2023- cü il tarixdə ünvanına məktub göndərərək 14 sentyabr 2023-cü il tarixdə guya onun tövləsinin kanalzasiya suyunun su arxına axdığını əsas gətirərək barəsində 600 manat cərimə yazılmışdır. Onun barəsində akt tərtib edilərkən onun məlumatı olmamışdır. O, həmin aktın qanunsuz və qeyri-obyektiv olmasını bildirir. Belə ki, onun həyətində olan tövlələrdən çirkab sular su kanalına axmır və o, təbiətə heç bir ziyan vurmamışdır. Onun həyətində 2 ədəd tövləsi var. Ekologiya şöbəsinin əməkdaşları istismara yarasız tövləyə görə onun barəsində akt tərtib etmişlər. Həmin tövlədə keçmişdə su arxına turba qoyulmuşdur. Həmin tövlədə uzun illərdir mal saxlanmır və su arxına heç bir kanalzasiya suyu axmır. Hazırki mal tövləsində isə həyətdə kanalzasiya quyusu var. O, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regianal Ekologiya və X17inə müraciət etmiş və ona bildirmişlər ki, “səhvən akt tərtib edilib, vaxtında gəlsəniz ləğv edə bilərik, hazırda məhkəmə qaydasında qərarın ləğvi mümkündür.” Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regianal Ekologiya və X14 protokolunundan və tərtib edilmiş qərarından məlumatım 09 oktyabr 2023-cü il tarixdə olmuşdur. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək barəsində qəbul edilmiş MN № ******* saylı, 14 sentyabr 2023-cü tarixli qərar ədalətsiz, qərəzli və qeyri-obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin nümayəndəsi X13 göstərdi ki, qəbul olunmuş qərar qanunidir. Şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin 14 sentyabr 2023-cü tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inə göndərilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1978-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin məsləhətçi müfəttişi X8 inzibati xəta haqqında MN № 17663831 saylı, 15 avqust 2023-cü tarixli protokolun surətindən görünür ki, X2 ona m\xsus həyətyanı torpaq sahəsində yerləşən mal0-qara tövləsində əmələ gələn peyin və çirkab suların onun tərəfindən kəndin suvarma arxına axıtdığına görə İXM-nin 264.0.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin rəis əvəzi X11 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 14 sentyabr 2023-cü tarixli qərarın surətindən görünür ki, X10 İXM-nin 264.0.1-ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İXM-in 253-1.3-cü maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, hazırkı protokolla əlaqədar Bərdə Rayon Məhkəməsinin icraatından iddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin cavabdehlər X15 və qeyrilərinə qarşı mülki iş olmuşdur. Hazırkı iş üzrə şikayətçi X10 da həmin mülki iş üzrə cavabdeh olmuşdur. Bərdə rayon Məhkəməsinin 2(021)-64/21 saylı , 22 fevral 2021-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin cavabdehlər X15 və qeyrilərinə qarşı “su kanalına, drenə qanunsuz müdaxilənin qarşısının alınması üçün boruları vətəndaşların hesabına çıxarılaraq ləğv olunması” tələbinə dair iddia təmin olunaraq Bərdə rayonu Hacallı kəndindən Xəsili kəndindən keçən su kanalına, drenə qanunsuz müdaxilənin qarşısının alınması üçün borular çıxarılaraq ləğv olunması qərara alınmışdır. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi barədə qarardan görünür ki, borclular tərəfindən tələb tam şəkildə təmin olunduğundan icra işinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, həm icra işi üzrə qərarın olması, həm də təqdim olunmuş fotoşəkillər məhkəməyə əsas verir ki, şikayət təmin olunmalı, iş yenidən araşdırılmaya göndərilməlidir. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin 14 sentyabr 2023-cü tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inə qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inin 14 sentyabr 2023-cü tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X19 X17inə göndərilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1545/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1545/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver