Məhkəmə qərarları › İş №3(021)-1547/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1547/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1547/2022 09.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 332.5 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs2 burun nahiyəsindən, həmçinin Zərərçəkmiş şəxs1 gözaltı nahiyəsindən vurmaqla onlara xəsarət yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə yol vermişdir. Bundan başqa Bərdə rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində X1 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə-Ağcabədi avtomobil yolunda idarə etməklə, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi halına yol verərək İXM-nin 332.5-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasını istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazlar yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5 və 157-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1544/2022 saylı və 3(021)-1547/2022 saylı inzibati xəta haqqında işlər birləşdirilərək 3(021)-1544/2022 nömrə ilə bir icraatda baxılsın. İşə 09 dekabr 2022 il tarixdə, saat 17:50-də Bərdə Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakları ilə baxılsın. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar