Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-155/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Bərdə rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, işləməyən, subay, Bərdə rayonu Nazırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-302/2017 saylı 10 may 2017-ci il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 5071 manat borcu yaranmış, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-302/2017 saylı 10 may 2017-ci il tarixli icra sənədi üzrə birgə nikahlarından doğulmuş X5, X6 və X1 üçün 09 dekabr 2016-cı il tarixdən hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat məbləğində aliment məbləği Şəxs tutularaq tələbkar X3 ödənilməlidir. Ümumi ödənilməli olan aliment 10290 manat təşkil etdiyi halda Şəxs bu günə qədər 5219 manat aliment ödəmişdir. Hal-hazıra olan borcu isə 5071 manat təşkil edir. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Həmçinin icra məmurunun çağırışlarına əsasən gəlməkdən boyun qaçırdığına görə Şəxs barəsində Bərdə rayon Polis Şöbəsində 300461 nömrəli yerli axtarış işi açılmışdır. 09 fevral 2021-ci il tarixdə saat 12:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 302/2017 saylı 10 may 2017-ci il tarixli icra sənədi üzrə tələbkar X3 birgə nikahlarından doğulmuş X5, X6 və X1 üçün 09 dekabr 2016-cı il tarixdən hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat məbləğində aliment ödəməlidir. Lakin pandemiya ilə əlaqədar olaraq işsiz qaldığından aliment borcu yaranmışdır. Hal-hazırda Bakı şəhərində təzə iş yeri tapmışdır. Ona görə də hissə-hissə də olsa aliment borcunu ödəməyə çalışacaqdır. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(021)-302/2017 saylı icra vərəqəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-302/2017 saylı 10 may 2017-ci il tarixli qətnaməsi ilə X5, X6 və X1 üçün 09 dekabr 2016-cı il tarixdən hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat məbləğində aliment məbləği cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 09 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 302/2017 saylı 10 may 2017-ci il tarixli icra sənədi üzrə tələbkara aliment üzrə 5071 manat borcu yaranmış, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmiş, borcunu ödəməkdən yayınmışdır. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 gün müddətinə inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməməsi və çağırışlara gəlməyərək qaçıb gizlənməsi iş materiallarından da göründüyü kimi artıq mütəmadi hal almışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 09 fevral 2021-ci ildə saat 12:00-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 09 fevral 2021-ci il tarixdən saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 09 fevral 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-155/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-155/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver