Məhkəmə qərarları › İş №3(021)-155/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-155/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-155/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şikayətçi (barəsində inzibati xəta haqqında qərar tərtib edilən şəxs) X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X2 məhkəməyə şikayət verərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19467221 nömrəli qərarın ləğv edilərək əsassız yazılmış 40 manat məbləğində inzibati cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X1 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. İş materiallarından görünür ki, şikayət verən şəxs özü və ya vəkil vasitəsilə sorğu verib barəsində qəbul edilmiş inzibati tənbeh tətbiqi barədə qərarı alaraq şikayətinə əlavə etməli və bundan sonra barəsində tətbiq edilmiş inzibati tənbeh tətbiqinə dair qərardan şikayət ərizəsi ilə məhkəməyə şikayət etməli idi. Lakin, həmin qərar iş materiallarına əlavə edilməmişdir. Ərizəyə sadəcə elektron kabinetə yerləşdirilən sms məlumatındakı qərar göstərilmiş və buna dair elektron kabinetdən çıxarış əlavə edilmişdir ki, bu da şikayətə baxmağa kifayət etmir. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar