Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-155/2025 09.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, şikayətçi X4, X14 protokolu tərtib etmiş X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X13 X16 17 mart 2025ci il taixli İXP ******* saylı protokolu üzrə AR DİN-in xx.xx.2025-ci il tarixli qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində X14 qərar tərtib edilən X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsinə dair barəsində 17 mart 2025-ci il taixli İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17 mart 2025-ci il tarixli qərarın qanunsuz olduğuna görə onun ləğv edilməsinə və barəsində başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin protokola əsasən tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətdiyinə görə X9 barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: X9 şikayətini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla 1993-cü ildən etibarən ailə üzvüləri ilə birlikdə Bərdə rayonunda məskunlaşıb yaşayır. Mülkiyyətində 2014-cü ildən hal-hazıradək Mersedes Benz-1223 yük markalı, Furqon tipli, 2001 buraxılış ili, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Həmin maşını ilə 1 ildir ki, vətəndaşların kənd təsərüfatı məhsullarını Bərdə-Bakı və müxtəlif rayonlar marşurutu üzrə bazarlara daşımaqla məşqul olaraq ailəsini dolandırır. 17 mart 2025-ci il tarixdə saat 12 radələrində maşını ilə Qəbələ rayonundan qayıdaraq Bərdə şəhərində hərəkətdə olarkən **-YP-*** xidməti maşında olan yol polisi əməkdaşları tərfindən saxlanılaraq maşını Bərdə RPŞ-nin DYP Bölməsinin cərimə meydançasına aparılmışdır. Onlar ona birbaşa bildiriblər ki, onun maşınının saxlanılmasına rəis göstəriş verib. Bərdə RPŞ-nin DYP Bölməsində isə Qorxamaz adlı yol polisi əməkdaşı ondan 300 ( üç yüz) manat rüşvət tələb etmişdir ki, maşınını buraxsın və ona pul verərərsə ona heç bir inzibati protokol yazılmadan və cərimə tətbiq edilmədən maşınını götürüb gedəcəyini bildirmişdir. O, isə demişdir ki, onun maşınının bütün sənədələri qaydasındadır, heç bir yol hərəkət qaydasıda pozmamışdır, özü isə məcburi köçkündür, himayəsində Ostrexondroz xəstəsi olan həyat yoldaşı vardır, bir övladı ali məktəb tələbəsi, bir övladı isə kollec tələbəsidir, ailəsini güc bəla ilə dolandırır. Onlara bu qədər pul verməyə maddi imkanı yoxdur. Qorxmaz ona demişdir ki, guya maşınının texniki pasportunda arxa qapısı "lift" yazılmayıb. O, isə bildirmişdir ki, bu maşını 11 ildir idarə edir, dəfələrlə texniki baxışdan keçib, gömrükdən keçməklə Azərbayca gətirilib. Anacaq Qorxmaz demişdir ki, məcburi köçkün olduğuna görə ona 100 manat güzəşt edər, anacaq 200 (iki yüz) manat gətir ver və maşınını götür getQorxmaz tələb etdiyi pulu təşkil edə bilməmişdir. Saat 17.44-də ona ***- ***-**-** nömrəli mobil telefonla zəng vurub soruşmuşdur ki, niyə gəlmirsən? Demişdir ki, gələcəkdir. Saat 19:11-də isə telefonuna SMS bildirişi gəlmişdir ki, guya maşınına konstruksuyadan kənar avadanlıq quraşdırmışdır, bununla da Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərarlı protokol əsasında 150 manat cərimə olunmuşdur. Həmin qərardan narazı olduğu üçün şikayətçidir. Onun əməlində hər hansı bir qanun pozuntusu yoxdur. Çünki onun həmin maşını zavod tərəfindən 2001-ci ildə necə buraxılıbsa və sənədlərdə hansı məlumatlar ( ban nömrəsi, mühərrik nömrəsi və s.) yazılıbsa elə o vəziyyətdədir. Onun tərəfimdən maşınına hər hansı bir əlavə avadanlıq və konstruksiyadan kənar heç nə quraşdırılmayıb, 11 ildir ki, bu maşını ilə magistral yollarda hər gün yol polisi postlarından keçir, yaxud yol polisi əməkdaşları ilə qarşılaşır. Maşını sonuncu dəfə dekabr 2024-cü ildə texniki baxışdan keçirilmişdir. İndiyədək ona heç bir yol polis əməkdaşı bildirməyib ki, maşınına əlavə avadanlıq quraşdırılıb və ya konstruksiya dəyişikliyi etmişdir. Çünki quraşdırmamışdır və konstruksiya dəyişikliyi etməmişdir. Yuxarıda şərh etdiklərimə əsasən hazırki şikayətlə Məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etməyini qanuni hesab edir. Məhkəmə iclasında şikayətçi X9 şikayəti müdafiə edərək, ərizəsinə uyğun izahat verərək bildirdi ki, mülkiyyətində olan nəqliyyat vasitəsinə heç bir avadanlıq quraşdırmamış, zavodda nəqliyyat vasitəsi necə istehsal olunubsa o qaydada idarə edir. Nəqliyyat vasitəsinin istehsal kitabçasını məhkəməyə təqdim edərək, nəqliyyat vasitəsinə heç bir konstruktiv dəyişikliyin edilmədiyini bildirməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X14 protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, şikayətçi X9 barəsində tərtib olunmuş porotokol və həmin protokol əsasında onun inzibati cərimə edilməsi barədə qərara münasibət bildirirərək, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əlavə avadanlığın quraşdırılması ilə bağlı qeydin olmadığını bildirdi. Məhkəmədə verilən suallara cavab olaraq X5 texniki nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin AR DİN tərəfindən verildiyini və nə səbəbdən müvafiq qeydin edilmədiyinin səbəbini bilmədiyini qeyd etdi. X5 vizual baxış nəticəsində nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması qənaətinə gəldiyini bildirdi. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Bərdə Rayon Bölməsi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli, 869 nömrəli arayışından görünür ki, X1 şəhəri Sənaye küçəsi ünvanında müvəqqəti məskunlaşmışdır. AA seriyalı 426098 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X2 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 6 mart 1971-ci ildə doğulmuşdur. AZ seriyalı 925106 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi X6 aiddir. AZ seriyalı 198912 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** NH *** dövlət qeydiyyat nişanlı Mercedess Benz 1223 yük Furqon markalı avtomobil X4 mülkiyyətinə qeydiyyata alınmışdır. X14 17 mart 2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtməkdə təsirli bilinrərək barəsidə 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində X14 protokol tərtib edilən şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtməkdə təsirli bilinrərək barəsidə 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X14 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən, X14 iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən, X14 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X14 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X14 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X4 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon X13 X16 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində X14 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X14 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 134.1.3-cü maddəsinə əsasən, X14 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X14 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, X14 iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. 114.1.4-cü maddəsinə əsasən, X14 işə baxılarkən X14 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon X13 X16 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində İXM-in 342.2.2-ci mаddəsi ilə başlanılmış X14 iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-155/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-155/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver