Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1552/2023 30.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Lənbəran kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(021)-1609/2021 saylı icra sənədi və Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(021)-1609/2021 saylı icra sənədləri üzrə Şəxs 2 uşaq üçün hər ay 240 manat aliment pulu Şəhanə Həsənovanın xeyrinə ödəməlidir. Lakin yaranmış borcu ödəməyərək icra məmurunun qanuni tələblərini və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X5 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(021)-1609/2021 saylı icra sənədi və Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(021)-1609/2021 saylı icra sənədləri üzrə Şəxs 2 uşaq üçün hər ay 240 manat aliment pulu Şəhanə Həsənovanın xeyrinə ödəməlidir. Lakin yaranmış borcu ödəməyərək icra məmurunun qanuni tələblərini və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Lakin yaranmış 5200 manat borcdan 1500 manat ödəniş etmiş, zərərçəkmiş şəxs X4 həmin məbləği qəbul etmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X4 izahatında göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(021)-1609/2021 saylı icra sənədi və Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(021)-1609/2021 saylı icra sənədləri tələbkara aliment üzrə 5200 manat borcu yaranımışdır. Şəxs məhkəmə iclas zalında icra məmuru vasitəsilə 1500 manat ödəniş etmişdir. Qalan borcu isə mütamədi olaraq ödəyəcəyinə söz vermişdir. Şəxs ilə barışmışdır. İnzibati xəta haqqında icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, icra sənədi üzrə tələbkar X2 mütəmadi olaraq hər ay alimenti ödəyir. Qalan borcu ödəməyə söz verir. Məhkəmə iclas zalında 1500 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxslə barışdığından barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan min beş yüz manat ödəmiş, qalan borcun ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. Bu faktlar icra məmuru və tələbkarın izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmış və müvafiq ərizəni tələbkar məhkəməyə təqdim etmişdir. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1552/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1552/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver