Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1556/2023 26.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bərdə rayonunda doğulmuş, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonunda qeydiyyatda olmaqla Qəbələ rayonu Soltannuxa kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN 16838997 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 20 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Bərdə şəhəri Bakı küçəsində "Meqastore" mağazasının qarşısında Şəxs ilə keçmiş əri Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Şəxs dırnaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrini sıxaraq sonuncuya sağ əlin arxa səthinin, sağ bazunun yuxarı və orta 1/3-nin bayır səthlərinin, döş qəfəsinin arxa səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmamışdır. Qəsdən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Bərdə rayonu Qarağacı kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Barəsində şikayət etdiyi Şəxs onun keçmiş arvadıdır. Sonuncu ilə 2021-ci ildə ailə qurmuş, bir qədər sonra aralarında mütəmadi olaraq söz-söhbət olduğundan 2022-ci ildə boşanmışlar. Şəxs ondan ayrıldıqdan sonra Qəbələ rayon sakini X1 ilə ailə qurmuşdur. O, Şəxs ayrıldıqdan sonra bir neçə dəfə sonuncu ilə barışmağa cəhd etsə də Şəhanə onunla barışmamışdır. xx.xx.2023cü il tarixdə, saat 15 radələrində Bərdə şəhəri Bakı küçəsində yerləşən "Megastore” mağazasının qarşısında olarkən Şəhanənində həmin mağazaya gəldiyini görüb sonuncuya yaxınlaşıb niyə ondan ayrıldığını soruşmuş, həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onu əlləri ilə irəli geri itələyib, dırnaqları ilə kürək nahiyəsi cıraraq ondan uzaq durmağını və onu narahat etməməsini demiş, sonra isə onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra Maxsud Süleymanov da onların yanına gəlib onları bir-birlərindən uzaqlaşdırmışdır. O, daha sonra həmin yerdən çıxıb getmişdir. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə olmuşdur. Həmin vaxt ətrafda tanımadığı bir neçə nəfər şəxs olmuşdur. Mübahisə zamanı o, Şəxs ümumiyyətlə döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Qəbələ rayonu Soltannuxa kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs onun keçmiş əridir. Sonuncu ile 2021-ci ildə ailə qurmuş, bir qədər sonra aralarında mütəmadi olaraq sözsöhbət olduğundan 2022-ci ildə boşanmışlar. O, boşandıqdan sonra Qəbələ rayon sakini X1 ilə ailə həyatı qurub Qəbələ rayonunda yaşamışdır. Zərərçəkmiş şəxs boşanmağına baxmayaraq sonuncu mütəmadi olaraq onun mobil nömrəsinə zəng edərək onu ondan boşandığı üçün öldürəcəyi ilə hədələmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Güloğlular kəndində yaşayan atasıgilə qonaq getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində bazarlıq etmək üçün əri Maxsud Süleymanovla birlikdə Bərdə şəhəri Bakı küçəsində yerləşən "Meqastore" mağazasına getmişdir. O, avtomobildən düşüb mağazaya daxil olmaq istədikdə Zərərçəkmiş şəxs onu çağırıb "Şəhanə sən məndən ayrılmaqla düzgün etmədin" deyərək onu öldürəcəyi ilə hədələmişdir. O, Zərərçəkmiş şəxs sinəsindən itələyib ondan uzaq durmağını demiş, sonuncu isə onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, bir də Zərərçəkmiş şəxs sinəsindən tutaraq ona onu təhqir etməməsini demişdir. Bu zaman Zərərçəkmiş şəxs dırnaqları ilə onun hər iki əllərini cırmaqlamış, sonra isə sol çiyin nahiyəsinə yumruqla zərbə vurmuşdur. Həmin vaxt əri X5 Nəbiyevi ondan uzaqlaşdırmağa çalışmış, Daşdəmir isə Maxsudla sözlə mübahisə etmişdir. Bundan sonra o, X2 Nəbiyevin mübahisə edib dalaşacaqlarından qorxduğu üçün "102" Xidmətinə zəng edib Daşdəmirin onu bıçaqlaması barədə məlumat vermişdir. Lakin aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs sadəcə onu döyərək xəsarət yetirmişdir. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. o, heç kimi döyməmişdir. Məhkəmədən Zərərçəkmiş şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə barəsində proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, araşdırma zamanı Zərərçəkmiş şəxs kimi tanınmış lakin onun əməlinə mahiyyəti üzrə düzgün qiymət verilməmiş, tərəflərin təqsir dairələri düzgün qiymətləndirilməmiş, lazimi qədər sübutlar inzibati materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə müşayiət edilən hərəkətlər mövcud olmadığından, Zərərçəkmiş şəxs kimi tanınmış lakin onun əməlinə mahiyyəti üzrə düzgün qiymət verilmədiyindən, tərəflərin təqsir dairələri düzgün qiymətləndirilmədiyindən, lazimi qədər sübutlar inzibati materiala əlavə edilmədiyindən,hadisənin günorta vaxtı insanların cəmləşdiyi market qarşısında baş verməsini nəzərə alıb şahid dairələrinin müəyyən edilməməsi əsas verir ki, sonuncu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1556/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1556/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver