Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1557/2022 23.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə Rayon Məhkəməsinə Yevlax Rayon Prokurorluğundan Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qoyunları oğurlamaq üçün onların ağızlarını skoçla bağlamışdır. Lakin qoyunların sahibi gəldiyindən oğurlaya bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki. Şəxs əməlində inzibati xəta tərkibi yoxdur iş üzrə icraata xitam verilməsini xahiş etdi. Yevlax Rayon Prokurorluğuna və zərərçəkmiş şəxsə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, Yevlax Rayon Prokurorluğunun nümayəndəsi və zərərçəkmiş şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qardaşı xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan X3 ilə birlikdə X1 məxsus olan Bərdə rayonunun Mustafaağalı kəndinin ərazisində yerləşən saxlanc yeri hesab olunan xırda və iribuynuzlu heyvanları saxladığı tövləsinin arxasına gələrək tövlənin arxasında yerləşən açıq halda olan pəncərədən qanunsuz olaraq tövləyə daxil olub oradan Sabit Məmmədova məxsus hər birinin dəyəri 200 manat, ümumilikdə dəyəri 1000 manat olmaqla cəmi 5 baş quzuları tövlədən çıxardıb oğurlamaq məqsədilə tutub onların ağzını yapışqanla bağlamış, lakin həmin fermada işləyən Cavid Səfərovun fermaya daxil olması səbəbindən quzuları apara bilməyib ordana qaçmış, onun ağzını yapışqanla bağladığı quzulardan biri hadisə yerində öldüyündən Şəxs tərəfindən X1 200 manat az miqdarda ziyan vurulmuşdur. Beləliklə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 məxsus quznu qəsdən məhv etməmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığı üçün icraata xitam verilməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Zərərçəkmiş şəxs X1 Şəxs qarşı mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1557/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1557/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver