Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-156/2021 19.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair toplanmış materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ X4 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onun əməlində inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən inzibati xəta törətməyinə dair 08 sentyabr 2020-ci il tarixli, 11000/1302 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhsulu Gürcüstan Respublikasına ixrac etsə də, məhsulun dəyərini bu günədək ala bilməmişdir. Belə olan halda onsuzda ona külli miqdarda ziyan dəymişdir. Ziyana düşməyi bir yana, hazırki qərarla əlavə olaraq 9195.98 (doqquz min yüz doxsan beş manat doxsan səkkiz qəpik) manat inzibati cərimə olunmağı və 10.080 ABŞ dolları məbləğində vəsaitin müvəkkil Banka ödəməyi, iflas həddində olan maddi vəziyyətinə da mənfi təsir edər. Dəfələrlə aidiyyiti üzrə Gürcüstan Respublikasından ixrac etdiyi məhsulunun dəyərinin geri qaytarılması üçün müracitələr etsə də, hələ də pulu geri qaytara bilməmişdir. Sözügedən qərarda guya o, 12 oktyabr 2019-cu il tarixli 12/10/19 saylı müqavilə əsasında 25 dekabr 2019-cu il tarixli **********6961 saylı gömrük bəyannəməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri 10818.80 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ixracatıçının hesabına geri köçürmədiyinə görə cərimə olunmuşdur. Ona göndərilmiş xəbərdarlıq məktubunda göstərilmişdir ki, barəsində müvafiq qərarın qəbul edilməsində iştirak etməyi üçün 24 avqust 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsi X12 gəlməlidir. Ancaq Qərb Ərazi Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən ona 08 fevral 2021-ci il tarixdə məktub-zərf göndərilmişdir. Beləliklə onun iştirakı olmadan keçirilmiş yoxlamada protokol tərtib edilmişdir. Hazırkı şikayətə əlavə etdiyi ƏSSMN yanında X6 17 saylı region üzrə X6 16 sentyabr 2019-cu il tarixli, **********3 saylı məktubdan görünür ki, bildiriş əvəzinə məktub formasında göndərilən sənəd Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bildirişin məzmununa aid tələbləri nəzərdə tutan 370-4.2.1-370- 4.2.10-cü maddələrinin tələblərinə uyğun olmamaqla yanaşı bu Məcəllənin 370-4.3-cü maddəsinin də tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən də qərarın ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Resoublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin işçtirakları olmadan baxılmasını mümkün hesab emişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən qəbul edilmiş 08 sentyabr 2020-ci il tarixli, 11000/1302 saylı qərarına əsasən Qərb Ərazi Baş Gömrük İdarəsinin, X11 daxil olmuş 07 avqust 2020-ci il tarixli 34/021/008605 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X4 (Vöen **********) tərəfindən 12 oktyabr 2019-cu il tarixli № 12/10/19 saylı müqavilə əsasında 25 dekabr 2019-cu il tarixli **********6961 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri 10818.80 (on min səkkiz yüz on səkkiz dollar səksən sent) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan X4 barəsində aparılan araşdırma ilə əlaqədar olaraq onun ünvanına 10 avqust 2020-ci il tarixli 1600- 013/002-26/013815 saylı məktub göndərilərək 24 avqust 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin X12 dəvət olunmuşdur. Lakin bugünə kimi X2 Ərazi Baş Gömrük İdarəsi X12 gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. X1 ilə 050 ***-**-** saylı nömrə ilə əlaqə saxlanılaraq işin hallarının araşdırılması məqsədilə X12 dəvət olunsa da, araşdırmada iştirak etməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 25 avqust 2020-ci il tarixdə, 11000-1272/20 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X4 tərəfindən yuxarıda qeyd edilən gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində X3 müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 10818.80 (on min səkkiz yüz on səkkiz dollar səksən sent) ABŞ dolları məbləğində xarici valyutanın bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsi təmin olunmamışdır. Araşdırma ilə əlaqədar yuxarıda qeyd edilən gömrük bəyannaməsinin tərtib edildiyi 25 dekabr 2019-cu il tarixində konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş 10818.80 (on min səkkiz yüz on səkkiz dollar səksən sent) ABŞ dollarının Azərbaycan manatına nisbətini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilərək 25 dekabr 2019-cu il tarixində bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu və hesablama aparılaraq Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 18391.96 (on səkkiz min üç yüz doxsan bir manat, doxsan altı qəpik) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Bununla da, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində isə “az miqdar” dedikdə, iyirmi min manatadək olan məbləğin başa düşülməsi qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, Bərdə şəhəri, Səməd Vurğun küçəsi mənzil 5 ünvanında qeydiyyatda olan X4 (Vöen **********) tərəfindən 12 oktyabr 2019-cu il tarixli № 12/10/19 saylı müqavilə əsasında 25 dekabr 2019-cu il tarixli **********6961 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyəri 10818.80 (on min səkkiz yüz on səkkiz dollar səksən sent) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Bundan başqa məhkəmə şikayətin dəlillərini münasibət bildirərək onu da xüsusi olaraq vurğulayır ki, barəsində inzibati icraat aparılan X4 törətmiş olduğu inzibati xətanı birbaşa və eləcə də dolayısı ilə etiraf etmişdir. Belə ki, şikayətçi şikayətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən qəbul edilmiş 08 sentyabr 2020-ci il tarixli, 11000/1302 saylı qərarının qanunsuz olduğunu qeyd etsə də, qanunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan başqa şikayətin 3-cü abzasında qərarın ləğv edilməsi üçün əsas kimi şikayətçi, iflas həddində olan maddi vəziyyətini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında ola qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki X5 tərəfindən qəbul edilmiş 08 sentyabr 2020-ci il tarixli, 11000/1302 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-156/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-156/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver