Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1561/2023 27.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1964-cü il tarixdə, Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci mаddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 27 oktyabr 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Ağcabədi rayon Xəlifə Ələddin küçəsi ev 50-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Nəfəs, Abbasov Vüsal və valideynləri tərəfindən döyülməsi və təhqir olunması barədə məlumat vermişdir. Həmin məlumat əsasında araşdırma zamanı Zərərçəkmiş şəxs Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda olan zaman əvvəllər qeyri-rəsmi birlikdə yaşadığı Vüsal adlı şəxsin atası Fazil və anası Çiçəyin onu döyməsini göstərərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda Qaradağlı kəndində avtomobildə olan zaman aralarında yaranmış şəxsi münasibətləri zəminində mübahisə nəticəsində Abbasova X1 Natəvan Eldar qızının boyun nahiyəsinə əli ilə xəsarət yetirərək döymüşdür. X4 Zərərçəkmiş şəxs döyməsi təsdiqini tapmamışdır. Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirərək icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Ağcabədi rayon Xəlifə Ələddin küçəsi ev 50-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Nəfəs, Abbasov Vüsal və valideynləri tərəfindən döyülməsi və təhqir olunması barədə məlumat vermişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda olan zaman əvvəllər qeyri-rəsmi birlikdə yaşadığı Vüsal adlı şəxsin atası Fazil və anası Çiçək onu döyməsini göstərərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda Qaradağlı kəndində avtomobildə olan zaman aralarında yaranmış şəxsi münasibətləri zəminində mübahisə nəticəsində Abbasova X1 Natəvan Eldar qızının boyun nahiyəsinə əli ilə xəsarət yetirərək döymüşdür. X4 Zərərçəkmiş şəxs döyməsi təsdiqini tapmamışdır. Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 687 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət- boyun nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Törənmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 2xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayon Qaradağlı kəndi ərazisində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək, qəsdən ona fiziki ağrı yetirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tammilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1561/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1561/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver