Məhkəmə qərarları › İş №3(021)-1562/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1562/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1562/2023 27.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirli tərəfindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirli tərəfindən daxil olmuş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, 12 oktyabr 2023-cü il tarixdə saat 13:51-də ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “endokrinoloji” və “laboratoriya” işləri və fəaliyyəti, sertifikatsız tibbi praktiki fəaliyyəti ilə məşğul olma faktı aşkarlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesаb edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktorun vəzifələrini müvəqqəti icra edən Rafiq Xudayev tərəfindən qəbul edilmiş yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, yoxlama suallarının siyahısı aşağdakılardan ibarətdir: 1) 009_LA (176-VQ nömrəli Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanunun, 27-ci maddə) Lisenziyanın şərtlərinə riayət olunurmu? 2) 013_LA “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, 26 iyun 1997-ci il maddə 49.1- Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərini sertifikasiyaya cəlb edirmi? 3) 024_LA “Əhalinin sağlamlığının qorunması hjaqqında” Azərbayca Respublikası Qanunu- Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi? İnzibati işin materiallarına əlavə edilmiş X9 X15 görünür ki, yoxlamanın birinci sualı üzrə qeyd olunur ki, müəssisədə görülən işlərə dair tibbi qeydiyyat işlərinin ARSN-nin təsdiq edilmiş formaları və qaydaları ilə aparılması müşahidə edilmədi. Qeydiyyat kompyuter üzrə icra olunsada baxılmasına imkan yaranmamışdır. Tibbi statistik hesabatlar təqdim edilməmişdir. Çalışan işçilərin dövri tibbi müayinənin keçirilməsi ilə bağlı sənədlər təqdim olunmadı. Tibbi fəaliyyətli üçün, istifadə olunan cihazların normativ texniki uyğunluq barədə təqdim edilən sənədlər 31 oktyabr 2023-cü il tarixədək edtibarlılıq müddətindədir. Ailə həkimi-endokrinoloq otağında “fizioterapevtik” işə aid olan “ultra bənövşəyi yüksək dalğalı” cihaz və “lazimik” lazer aparatı aşkarlansada normativ uyğunluqları barədə sənədlər yoxdur. “Distillə suyu” aparatı mətbəxdə yerləşdirilmişdir. Tələb olunan otaqlar üzrə ilkin tibbi yardım dolabı təşkil edilməmişdir. Müəssisədə bir sıra otaqları təyinatı göstərilməmişdir. 2-ci mərtəbədə təyinatı olmayan 01 (bir) otaq yoxlamaya təqdim edilmədi. Həmin mərtəbədə “Ailə həkimi-endokrinoloq” təyinatı ilə təqdim edilən diplom üzrə “pediatr” lakin sertifikasiya şəhadətnamsəi “müalicə işi” olan X6 “endokrinoloji” tibbi fəaliyyəti aşkarlandı. Təyinatı bəlli olmayan otaqda və USM otağında laborotoriya müdiri Cəlahani Afina adlı şəxsin imzası ilə təsdiq edilmiş Şəxs loqosu ilə əks olunan laborotoriya müayinə nəticələri aşkarlandı. Laborant-həkim X4 "xxxx" MMC-yə məxsus klinikanın rəsmi işçisi olması və sertifikasiya şəhadətnaməsinin olmadığı müəyyənləşmişdir. Laborotoriya otağında tədqiqat üçün bir sıra reagentler aşkarlanmışdır. Yoxlamanın ikinci sualı üzrə qeyd olunmuşdur ki, Şəxs MMC-yə məxsus klinikada çalışan işçilərin ştat cədvəlinə müvafiq olaraq rəsmi təsdiqlənmiş siyahısı yoxlamaya təqdim edilməmişdir. Aşkar edilmiş laborant-həkim X2 şəhadətnaməsinin olmadığı müəyyənləşdi. Yoxlamanın üçüncü sualı üzrə qeyd olunmuşdur ki, müəssisədə lisenziyadan kənar “endokrionoloji” və “laboratoriya” işləri üzrə fəalliyəti aşkarlandı. Qeyd edilən hallar iş materiallarında olan fotoşəkillər vasitəsi ilə öz təstiqini tapmışdır. Həmin akt Rəna Süleymanova, Xəyalə Əliyeva və sahibkarın nümayəndəsi Mahir İbrahimov tərəfindən imzalanmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Özəl Tibb X1 sahibkarın nümayəndəsi Mahir İbrahimovun izahatında göstərilmişdir ki, 1-ci sual üzrə göstərilən nöqsanlarla razılaşmış, 30 iş günü müddətində aradan qaldırılacağını bildirmişdir. 2-ci sual üzrə qeyd etmişdir ki, X10 gələcəkdə sertifikasiyaya cəlb ediləcəkdir. 3-cü sual üzrə isə qeyd edilmişdir ki, gələcəkdə laboratoriya və endokrinoloji işlər üzrə lisenziya əlavəsi almaq üçün müraciət ediləcəkdir. Bununla da barəsində yoxlama aparılan hüquqi şəxsin nümayəndəsi həmin pozuntuların mövcud olma faktını təsdiq edərək müvafiq akta imza etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən götürülmüş çıxarışdan görünür ki, yoxlama Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 09 oktyabr 2023-cü il və 13 oktyabr 2023-cü il tarixləri arasında “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə” hüquqi əsası ilə X8, X11 və X12 tərəfindən keçirilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş 28 sentyabr 2023-cü il tarixli 2-26850/2023 saylı Plan üzrə yoxlamanın keçirilməsi barədə bildirişdən görünür ki, Şəxs yoxlama keçiriləcəyi barədə əvvəlcədən məlumatlandırılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş 13 oktyabr 2023-cü il tarixli 3-28-1/2- 28628/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrinə əsasən Şəxs barəsində tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun sürəti göndərilmişdir. Azərbaycan Respublikasınln İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə saat 13:51-də ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “endokrinoloji” və “laboratoriya” işləri və fəaliyyəti, sertifikatsız tibbi praktiki fəaliyyəti ilə məşğul olma faktı aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs MMC–yə hansı həddə tənbeh tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC–yə təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati işin materiallarından Şəxs MMC–nin məsuliyyətini yüngülləşdirən və inzibati qaydada cərimə tənbehinin tətbiq edilməsi həmin hüquqi şəxsin qanunlara əməl edilməsi, habelə həm inzibati xəta törətmiş, həm də başqaları tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara alır: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində cərimə tətbiq edilsin edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar