Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1563/2022 19.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X3, zərərçəkmiş şəxs X5 və barəsində inzibati icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Bərdə rayonu Nəzirli kəndində anadan olmuş, Bərdə rayonu Nəzirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X7 tərəfindən 19 dekabr 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötəri ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X7 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Nazırlı kəndində yaşayan Şəxs sürücülük hüququ olmadan, övladı X4 məxsus "Vaz 2106" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Alpout-Mustafaağalı yolu ilə Mustafaağalı kəndi istiqamətində hərəkətdə olmuş, bu zaman geriyə dönmək məqsədi ilə avtomobilin sürətini azaldaraq yolun sağ çiyninə cıxmış, güzgü vasitəsilə arxaya baxaraq arxadan təxminən 100 metr mesafədə avtomobil gəldiyini görüb 10 KM/saat sürətlə qovsvari sola geriyə dönmə əməliyyatı edən zaman yolun sol çiyninə cıxmış, bu zaman Mustafaağalı kəndi istiqamətdə hərəkətdə olan "Vaz 21099" va "Vaz 2107" markalı avtomobilləri ötmə əməliyyatı edən rayonu, Alaçadırlı kəndində yaşayan X5 etibarnamə olmadan, sürücülük hüququ olmaqla sərxoş olmadan arvadı X2 maxsus 90-100 km/saat sürətlə idarə etdiyi "Mercedes-Benz C180" markalı UU931KK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə "Vaz 2107" markalı avtomobili ötən zaman qarşıda "Vaz 2106" markalı 09 BD555 dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatı etdiyini görüb tormoz vermiş və "Mercedes-benz c180" markalı UU 931KK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil tormozda sürüşərək yolun sol çiynində "Vaz 2106" markalı avtomobilin sol qabaq qanad, sol qabaq qapı hissəsinə vurması nəticəsində yol nəqliyat hadisəsi baş vermiş, "Vaz 21016" markalı avtomobilin sürücüsü Şəxs xəsarət alaraq Bərdə rayon Müalicə və Diaqnostika mərkəzinə daxil olmuşdur. Hazırda Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə tərəfindən 19 dekabr 2022-ci il tarixli, İXP № ******* saylı saylı inzibati xəta haqqında prоtоkоl tərtib edərək məhkəməyə verilmişdir. Şəxs barəsində qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilmədiyini, hadisədə onun günahı olmadığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil həbslə əlaqədar omayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Rusiya Federasiyasının vətəndaşı həyat yoldaşı X1 mülkiyyyətində "UU 931 KK" Gürcüstan dövlət qeydiyyat nişanlı "Mersedes Benz C180" markalı avtomobil vardır. Həmin avtomobilə dair onun etibarnaməsi olsada həmin etibranamənin vaxtı bir il əvvəl bitmiş, Azərbaycan Respublikasında həmin avtomobilə etibarnamə almaq mümkün olmamışdır. Karantin rejimi olduğu üçün isə etibarnamə ala bilməmişdir. O, "Mersedes Benz" markalı avtomobil ilə taksilik edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, tanımadığı sərnişinlərlə birlikdə Bərdə rayonu Alpot kəndindən keçib Mustafaağalı kəndində gedən yolla təxminən 90-100 sürətlə hərəkət etmiş, bu zaman onun qarşısında onunla eyni eyni istiqamətdə nömərsini xatırlamadığı göy rəngli "Vaz 21099" markalı və yaş asfalt rəngli "Vaz 2107" markalı avtomobil hərəkət etmişdir. Hər iki avtomobili ötmə əməliyyatına başlamış və o, qarşı hərəkət zolağına cıxıb "Vaz 21099" markalı avtomobili ötən zaman bir zaman onun qarşısında "Vaz 2106" markalı yaşıl rəngli avtmobil sola dönmə əməliyyat etmiş, həmin avtomobili görən zaman avtomobil ilə onun arasında təxminən 50-60 metr mesafə olmuşdur. O, dərhal tormoz vermiş və onun avtomobili tormozda sürüşməyə başlamışdır. Onun avtomobilinin ön hissəsi "Vaz 2106" markalı avtomobilin sol qabaq kirel, sol qabaq qapı hissəsinə dəymişdir. Bundan sonra onun avtomobili dayanmış, "Vaz 2106" markalı avtomobil o, yolun hərəkət hissəsində görmüş və həmin avtomobil onun hərəkətdə olduğu qarşı hərəkət zolağında sola geriyə dönmə əməliyatı aparmışdır. Yol nəqliyyat hadisəsi zamanı o, heç bir xəsarət almamış, ekspert müayinəsindən keçməkdən imtina etmişdir. Yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə ziyan dəymişdir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şəxs sürücülük hüququ olmadan, "Vaz 2106" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Alpout-Mustafaağalı yolu ilə Mustafaağalı kəndi istiqamətində hərəkətdə olmuş, bu zaman geriyə dönmək məqsədi ilə avtomobilin sürətini azaldaraq yolun sağ çiyninə cıxmış, güzgü vasitəsilə arxaya baxaraq arxadan təxminən 100 metr mesafədə avtomobil gəldiyini görüb 10 KM/saat sürətlə qovsvari sola geriyə dönmə əməliyyatı edən zaman yolun sol çiyninə cıxmış, bu zaman Mustafaağalı kəndi istiqamətdə hərəkətdə olan "Vaz 21099" va "Vaz 2107" markalı avtomobilləri ötmə əməliyyatı edən rayonu, X5 etibarnamə olmadan, sürücülük hüququ olmaqla sərxoş olmadan 90-100 km/saat sürətlə idarə etdiyi "Mercedes-Benz C180" markalı UU931KK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə "Vaz 2107" markalı avtomobili ötən zaman qarşıda "Vaz 2106" markalı 09 BD555 dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatı etdiyini görüb tormoz vermiş və "Mercedes-benz c180" markalı UU 931KK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil tormozda sürüşərək yolun sol çiynində "Vaz 2106" markalı avtomobilin sol qabaq qanad, sol qabaq qapı hissəsinə vurması nəticəsində yol nəqliyat hadisəsi baş vermişdir.Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başılanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bərdə rayonu, Nazırlı kəndində yaşayan 1953-cü il təvəllüdlü Şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Bərdə rayon MX-na daxil olması barədə 29.09.202-ci il tarixdə məlumat daxil olmuş, həmin məlumat əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Nazırlı kəndində yaşayan Şəxs sürücülük hüququ olmadan, övladı X4 məxsus "Vaz 2106" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Alpout-Mustafaağalı yolu ilə Mustafaağalı kəndi istiqamətində hərəkətdə olmuş, bu zaman geriyə dönmək məqsədi ilə avtomobilin sürətini azaldaraq yolun sağ çiyninə cıxmış, güzgü vasitəsilə arxaya baxaraq arxadan təxminən 100 metr mesafədə avtomobil gəldiyini görüb 10 KM/saat sürətlə qovsvari sola geriyə dönmə əməliyyatı edən zaman yolun sol ciyninə cıxmış, bu zaman Mustafaağalı kəndi istiqamətdə hərəkətdə olan "Vaz 21099" va "Vaz 2107" markalı avtomobilləri ötmə əməliyyatı edən rayonu, Alaçadırlı kəndində yaşayan X5 etibarnamə olmadan, sürücülük hüququ olmaqla sərxoş olmadan arvadı X2 maxsus 90-100 km/saat sürətlə idarə etdiyi "Mercedes-benz c180" markalı UU931KK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə "Vaz 2107" markalı avtomobili ötən zaman qarşıda "Vaz 2106" markalı 09 BD555 dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatı etdiyini görüb tormoz vermiş və "Mercedes-benz c180" markalı UU 931KK Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil tormozda sürüşərək yolun sol çiynində "Vaz 2106" markalı avtomobilin sol qabaq qanad, sol qabaq qapı hissəsinə vurması nəticəsində yol nəqliyat hadisəsi baş vermiş, "Vaz 21016" markalı avtomobilin sürücüsü Şəxs xəsarət alaraq Bərdə rayon Müalicə və Diaqnostika mərkəzinə daxil olmuşdur. Şəxs və X5 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin və X5 əməlində İXM-nin 332.1-ci maddəsinin tərkibi olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə qərarın surətinin Bərdə RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan müəyyən olunur ki; -Bərdə rayon "Publik Hüquqi şəxs"-dən daxil olmuş akta əsasən müəyyən edilmişdir ki, Şəxs ayıq olmuşdur. -Bərdə rayon "Publik Hüquqi şəxs"-dən daxil olmuş akta əsasən müəyyən edilmişdir ki, X10 ayıq olmuşdur. -Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA" birliyinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci tarixli 802 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. -Araşdırma zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi MEM-dən daxil olmuş 05 noyabr 2022-ci il tarixli 8/2864 nömrəli ekspert rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən daxil olmuş məlumatlara görə, "VAZ 2106" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hǝrǝktlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. "Mersedes Benz C180" markalı UU 931KK dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X8 İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1563/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1563/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver