Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1565/2023 06.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin 11 oktyabr 2023-cü il tarixli, EQ 17398429 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Barəsində inzibati icraat aparılan X1 barəsində Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin 11 oktyabr 2023-cü il tarixli, EQ 17398429 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2023-cü il tarixdə X1 atası X2 ilə Bakı şəhərinə gedərək onun adına Mersedes E 320 markalı, **-OE-*** Dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili almışdırlar. Elə həmin günü gecə saatlarında Bakı şəhərindən Bərdə rayonuna qayıtmalı olmuşlar. Avtomaşını X6 idarə edirdi. 11 oktyabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında EQ 17398429 nömrəli protokol tərtib olunması barədə mobil telefonuma SMS gəlmişdir. Həmin protokola əsasən Mersedes E 320 markalı, **-OE-*** Dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili guya idarə etmiş və bununla da Azərbaycan Respublikası İnzibati İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə 300 manat miqdarında cərimə olunmuşdur. Hesab edir ki, 11 oktyabr 2023-cü il tarixli, EQ 17398429 saylı inzibati tənbeh vermə haqqında protokol etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Mersedes E 320 markalı, **-OE-*** Dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun adına alınsa da, avtomobili o idarə etməmişdir. X6 idarə etmişdir. Bərdə rayonuna qayıtdıqdan sonra, protokol əsasında verilmiş qərarı Bərdə DYP-dən istəsələr də, onlara Respublika DYP-nə müraciət etməklərini bildirmişlər. Mobil telefona gəlmiş SMS Radara göndərilmiş video və foto çəkilişdən avtomaşının onun idarə etmədiyi öz təsdiqini tapmamışdır. Belə olan halda, hesab edir ki, barəsində qəbul edilmiş protokol etibarsız hesab edilməlidir. Məhkəmə iclasında şikayətçi X3 izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol və qərarla razı deyildir. 11 oktyabr 2023-cü il tarixli, EQ 17398429 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Sözü gedən qərarlar tamamilə əsassız və qanunsuzdur. Belə ki, protokol tərtib edilən vaxt avtomobili o idarə etməmişdir. Hesab edir ki, qərarların ləğv olunması üçün yetərincə əsaslar vardır. Bərdə rayon Polis Şöbəsinin nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X3 tərəfindən verilmiş şikayət üzrə mübahisələndirilən qərarların ləğv edilməsinə səbəb ola biləcək heç bir qanuni əsaslar göstərilməmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli, EQ 17398429 saylı qərardan görünür ki, X3 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3.2-cü maddələri ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilmişdir. Belə olduğu halda məhəmə hesab edir ki, X3 avtomobili idarə etmədiyini bildirsə də, sonuncu etibarnamə onun adına olmuş və atasının adına isə etibarnamə olmamışdır. Bu baxımdan onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3.2-cü maddələrinin tərkib əlamətləri olduğundan Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, EQ 17398429 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1565/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1565/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver