Məhkəmə qərarları › İş №3(021)-1567/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1567/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1567/2022 26.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1961-ci il tarixdə, Tərtər rayonu Köçərli kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Tərtər rayonu Köçərli kəndində yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş İXP-5104304 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30-da idarə etdiyi “VAZ 21074” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadəsində əməlindən səmimi peşiman olmasını bildirməklə barəsində tənbeh qərarı qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 noyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat açılması və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 moyabr 2022-ci il tarixli qərarı, habelə inzibati xəta haqqında 04 noyabr 2022-cu il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 noyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat açılması və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP-5104304 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30-da idarə etdiyi “VAZ 21074” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İnzibati xəta törətmiş X3 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar