Məhkəmə qərarları › İş №3(021)-157/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-157/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-157/2024 03.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirak ilə , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Azərbaycan Respublikası Mərkəzi Bankından "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə gömrük bəyannamələrini və digər sənədləri təqdim edərək bildirdi ki, protokol əsassız yerə tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP№0140590 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protkoldan görünür ki, "xxxx" MMC 940000.000 Rusiya rublu məbləğində vəsaiti 28 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də , 940000.000 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxaletməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27. Anvar 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də "xxxx" MMC barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü mаddəsi ilə protokol tərtib olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubda 24-xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC tərəfindən respublikadan kənara mal üçün qabaqcadan avans ödəniş etmiş və köçürmələr üzrə 2 il tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən müştərilərin adları siyahısında "xxxx" MMC də vardır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP№0140590 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protkolda "xxxx" MMC 940000.000 Rusiya rublu məbləğində vəsaiti 28 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də , 940000.000 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi, valyuta vəsaitini geri qaytarmadığı qeyd olunsa da məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil 940000.000 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların gömrük bəyannamələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, işin yenidən araşdırılması və həmin anlaşılmazlığn aradan qaldırılması üçün protokol onun tərtib edən orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş, inzibati xəta haqqında material yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar