Məhkəmə qərarları › İş №3(021)-1573/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1573/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1573/2022 22.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, protokol tərtib etmiş şəxs X18, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində 22 dekabr 2022-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, icra sənədi üzrə 8941 manat borcu vardır. Bununla da İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokol (qərar) tərtib edilərkən İXM-in müvafiq maddələrinin tələbləri pozulmuş, protokol düzgün tərtib edilməmişdir. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokola əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli, 2(021) 1666 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, Şəxs, X9, X12, X1, X14, X6, X2TAğıyeva Flora Saday qızından, X8, X10, Abdullayeva Bahar CÜmşüd qızından, X4, X5, X7, X3 və X11 müştərək qaydada 4542,70 manat əsas kredit borcu, 5973, 18 manat faiz borcu,525,79 manat dəbbə pulu olmaqla cəmi 11041,79 manat kredit borcu və ödənilmiş 10 manat dövlət rüsumu "xxxx" İKB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə əmri üzrə borc məbləği yalnız Şəxs deyil digər borclulardan müştərək qaydada tutulmalı olduğundan hər bir borclu eyni qaydada məsuliyyət daşıdığından tutulmalı olan 8941 manat borcun ödənilmədiyi üçün yalnız Şəxs inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İşdən isə müəyyən edilir ki, inzibati xəta haqqında protokolu yalnız Şəxs barəsində tərtib olunmuş, digər borclular barəsində heç bir tərtbir görülməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqan olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar